LƏNKƏRANDA AHILLAR GÜNÜ QEYD EDİLMİŞDİR
Şəhər icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyev tədbirdə çıxış edərək yaşlı nəslin nümayəndələrini bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmış, Yuxarı Nüvədi kənd orta məktəbinin riyaziyyat müəllimi, qabaqcıl maarif xadimi Rzaqulu Rzayevə 80 illik yubileyi münasibətilə qiymətli xatirə hədiyyəsi təqdim etmişdir.
Mərasimdə rayon müharibə və əmək veteranları şurasının sədri Musarza Əliyev çıxış edərək ölkəmizdə ağsaqqallara və ağbirçəklərə göstərilən qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Rayonun musiqi kollektivləri ahılları mahnı və rəqslərlə sevindirmişlər.