Lənkəran rayonunda iki ev yanmışdır
Bakı, 7 iyul (AZƏRTAC). İyulun 7-də Lənkəran rayonunda iki fərdi evdə yanğın baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Nərimanabad qəsəbəsində ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kvadratmetr olan 4 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır.
Hadisə yerinə dərhal gələn FHN əməkdaşları yaxınlıqdakı mənzilləri yanğından mühafizə etmişlər.
Rayonun Kosalar kəndində isə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 3 otaqlı fərdi evin tavanının 25 kvadratmetr sahəsi yanmışdır. Evin qalan hissəsi isə köməyə gəlmiş yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]