Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lahıc – 40 sənət şəhəri

Azərbaycanda, Böyük Qafqazın cənub yamaclarında, uca dağlar qoynunda yerləşən Lahıc kəndi qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsidir. Orta əsrlərdə şəhər kimi salınmış, küçə və meydanlarına daş döşənmiş, yaxşı inkişaf etmiş kanalizasiya və su təchizatı sisteminə malik olan Lahıc Qafqazda və onun hüdudlarından kənarda tanınmış sənətkarlıq və ticarət mərkəzlərindən biri olub. 

Burada hazırlanan soyuq silahlar və naxışlı mis əşyalar onu xüsusilə məşhurlaşdırıb. Bu gün dövlət tərəfindən tarix-memarlıq abidəsi kimi qorunan Lahıc Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib.

Möhtəşəm yeddilik

Lahıc Bakıdan 180 kilometr və rayon mərkəzindən 37 kilometr məsafədə, Böyük Qafqaz dağlarının ətəklərində, Girdiman çayının sol sahilində, dəniz səviyyəsindən 1100-1200 metr yüksəklikdə Hovdağ (2437 metr) və Niyaldağ (2322 metr) dağ silsilələri arasında yerləşir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin tərkib hissəsidir. Hündürlüyü 1700 metrə çatır. Dağın yolu əsasən dar cığırlardan ibarətdir. Bir qədər təhlükəli olsa da, ilboyu buraya maşınla qalxmaq mümkündür. Yeddi dağın əhatəsində yerləşən Lahıcın bir xüsusiyyəti onu bütün Şərq şəhərlərinə bənzədir. Bu 7 dağda 7 bulaq, 7 məhəllə, 7 hamam var. Lahıcda hər şey 7 rəqəmi ilə bağlıdır.

Hazırda Lahıcın əhalisi təxminən 1800 nəfərdir, hərçənd keçən əsrin 40-cı illərində burada 30 mindən çox insan yaşayırdı.

Tarixin sədaları

Lahıcın mühüm atributlarından biri Niyal dağıdır. Doqquz hürgüclü dəvəyə oxşayan bu dağ karvanı xatırladır. Kəndin ətrafında çay dərələri boyunca at belində gəzməyin özgə ləzzəti var: bu gəzintilər zamanı təbii-tarixi abidələri görə bilərsiniz. Məsələn, Girdiman qalası VII əsrdə müasir Lahıc ərazisində yerləşən Girdiman dövlətinin paytaxtında ucaldılıb. Rayon mərkəzindən 37 kilometr şərqdə, Girdiman çayının sol sahilində yerləşən bu qala Qafqaz Albaniyasının alınmaz istehkamlarından biri olub.

Vaxtilə burada yerləşmiş antik Sedun və Girdiman şəhərlərinin izləri indi də qalıb. 2000 illik tarixi olan Lahıcın bünövrəsi VI əsrin sonu - VII əsrin əvvəlində Mehranilər sülaləsinin banisi Mehran tərəfindən qoyulub. Lahıc əvvəlcə sonuncu Alban dövləti olan Girdiman knyazlığının, daha sonra Laziyan Məlikliyinin siyasi və inzibati mərkəzi, o cümlədən sonuncu alban hökmdarı knyaz Cavanşirin (616-680) yay iqamətgahı olub.

Bir maraqlı fakt

Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadə Qırmızı Ordu Bakıya gələndən sonra təqiblərdən qaçaraq 3 ay Lahıcda, dayısı Ərəbin evində gizlənib. Onun 1920-ci ildə yazdığı “Əsrimizin Siyavuşu” kitabı bu sözlərlə qurtarır: “...ya qazi olacaq, ya şəhid”. Deyilənə görə “qırmızı terror”dan qorxmayan yerli sakinlər cümhuriyyət liderinə çox böyük hörmət və ehtiram bəsləyirmiş.

Əhalinin etnik tərkibi

Erkən orta əsrlərdə Lahıc ərazisində məskunlaşmış müxtəlif qəbilələrin əksəriyyəti farsdilli idi. Şübhəsiz, gəlmələrin dili yerli sakinlərin danışığına müəyyən təsir göstərirdi. Lahıcın əsas əhalisi eyniadlı (Lahıc) kiçik xalqın nümayəndələridir. Onların dili fars dili qrupuna aid olsa da, türk ləhcələri ilə qarışıb.

Yeri gəlmişkən, məşhur “Şeş-beş” stolüstü oyununun adı da buradan yaranıb. “Şeş” fars dilində “altı” deməkdir, “beş” isə sırf türk sözüdür.

Diyarşünaslıq muzeyi

1980-ci ildə Lahıc ərazisində dövlət tarix-memarlıq qoruğu yaradılıb: 80 hektar ərazidə 93 tikili qorunur. Onlardan 71-i xüsusi evlər, 22-si müxtəlif təyinatlı tikililərdir. Şahdağ milli parkının tərkib hissəsi olan bu qoruq açıq səma altında muzeyi xatırladır.

1914-cü ildə tikilmiş Ağoğlu məscidində isə Lahıc diyarşünaslıq muzeyi yerləşir. Lahıcın eyniadlı məhəlləsində yerləşən bu məscid sovet dövründə anbar kimi istifadə edilib. 1987-ci ildə binada bərpa işləri görüləndən sonra orada muzey yaradılıb. Muzeyin ekspozisiyasında 1000-dən çox eksponat qorunur. Onların arasında yaşı 2000 ildən çox olan gil qablar və başqa məmulatlar da var. Mis əridilməsi üçün XVIII əsrdə düzəldilmiş və indi də işlək vəziyyətdə olan körük muzeyə gələnlərin böyük marağına səbəb olur. Lahıcda hansı evə getsəniz, dəmirçilər sülaləsinin tarixi ilə üzləşərsiniz. Məsələn, Hacı Gülşadın dəmirçi emalatxanası milli sərvət kimi dövlət tərəfindən qorunur. Yaşı 200-dən çox olan bu emalatxanada indi sənətkarların yeddinci nəsli çalışır. Kamilovlar ailəsinin 1811-ci ildə tikilmiş evi də bu qəbildəndir. Kənddə belə binalar çoxdur.

Yuxarıda adını çəkdiyimiz Ağoğlu məscidindən başqa Lahıcda Zavaro məscidi də var. Eyniadlı məhəllədə yerləşən bu məscid 1805-ci ildə yerli sakinlər tərəfindən tikilib və özünün ilkin görkəmini hələ də qoruyub saxlayır.

“Welcome to Lahic”

Muzeyin lap yanında yerləşən Lahıc turizm-informasiya mərkəzinin məlumatına görə, Lahıc ilboyu əcnəbi turistlər arasında çox populyardır. Yeri gəlmişkən, Lahıc Azərbaycanda yeganə kənddir ki, qonaqları ingilis dilində qarşılayır. Kəndin girəcəyində üzərində “Welcome to Lahic” sözləri yazılmış tabloid qoyulub.

Turizm-informasiya bürosunda burada yerləşən tarixi və təbii abidələr, təşkil edilən ekskursiyalar haqqında zəruri informasiya almaq, özünüz üçün bələdçi götürmək, həmçinin harada nahar etmək və ev tutmaq mümkün olduğunu öyrənə bilərsiniz.

Qoruqda bir neçə istiqamət üzrə marşrutlar mövcuddur. Lahıcın ətrafından keçən turlara qoşulmağa dəyər. Dəniz səviyyəsindən 1505 metr yüksəklikdə Peşter çayı və Peşter yarğanı boyunca bir-birindən gözəl meşələr, bulaqlar və şəlalələr görə bilərsiniz. Ən yaxın şəlalə Lahıcdan 2 kilometr məsafədədir.

Lahıcın memarlığı

Lahıc sakinləri özlərini heç də kənd əhli saymır və təkidlə bildirirlər ki, Lahıc şəhərdir. Yerli əfsanəyə görə, səkkiz əsr əvvəl buranın sakinlərindən biri Parisdə olub və şəhərin hansı tərzdə formalaşdığını görüb. O vaxtdan Lahıcı yeddi rayona bölüblər - hər birində məscid və hamam olub, kanalizasiya xətti çəkib, küçələrə isə daş döşəyiblər.

Yerli Lülo çayı qəsəbəni iki hissəyə ayırır. Cənubdakı böyük hissə Lahıc, şimaldakı kiçik hissə Aragird (Eregit) adlanır. Qəsəbə geniş küçələri, bağ və bostanların çoxluğu ilə fərqlənir. Lahıcın bütün küçələrinə daş döşənib. İkimərtəbəli evlər də çay daşlarından tikilib. Hər 60-70 santimetrdən bir hörgü arasına taxta dirəklər yerləşdirilib, pəncərələr qəşəng məhəccərlərlə bəzədilib. Qədim taxta qapılara dəmir “zınqırov” qoyulub.

Hazırda burada memarlıq qoruğu rejimi fəaliyyət göstərir - kərpicdən və digər müasir materiallardan tikinti aparmaq qadağan edilib. Buna görə də Lahıc öz qədim görkəmini saxlayır.

Mərkəzi küçə Böyük küçə və ya Bazar küçəsi adlanır. Bu, sənətkarlar məhəlləsidir. Demək olar ki, Lahıcın bütün mis mağazaları - emalatxanaları burada yerləşir. Bütün turistlər bu məhəlləyə gəlirlər. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə tamaşa etmək mümkündür. Bakıdakı İçərişəhərdə satılan suvenirlər Lahıcda hazırlanır, lakin qiymətlərdə praktik olaraq fərq yoxdur. Lahıc sakinləri “tacirlik istedadları” ilə də tanınırlar.

Qədim nov

Lahıcda kanalizasiya da var! Mərkəzi küçənin altında bir metrədək dərinlikdə uzunluğu iki kilometr olan üçpilləli kollektor yerləşdirilib. Birinci və ikinci pillələrdəki borulardan içməli və texniki su axır. Kollektorun aşağı hissəsi - çay daşları döşənmiş düzbucaqlı novçadır. Sakinlərdən heç kəs bilmir ki, kanalizasiya harada başlayır və harada qurtarır. Onlar heç düşünmürlər ki, kollektor hansı prinsiplə işləyir və necə olub ki, 1500 ildən çoxdur fəaliyyət göstərir.

Sənətkarlar şəhəri

Qədim vaxtlardan Lahıc sakinləri dəmirçilik və qalayçılıq sənəti, xalçaçılıq və toxuculuqla məşğul olublar. XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub.

Güman edilir ki, rus çarlarının əsrlər boyu başlarına qoyduqları Monomaxın əfsanəvi papağı burada tikilib.

Lahıcda misgərlik ən populyar sənətdir. Bu, sanki təbiidir. Mis qablardan təsərrüfatda geniş istifadə edilib. Lahıc ustaları mis məmulatları qalaylayıb və naxışlarla bəzəyiblər. Bu işlə xüsusi usta-qravürçülər (həkkaklar) məşğul olublar.

Hazırda müasir qablara üstünlük verildiyi üçün misdən suvenirlər hazırlanır. XIX əsrdə Lahıcda 60-dan çox misgərlik emalatxanası olub. Bu sənətin sirri ailələrdə nəsildən-nəslə ötürülüb. Ona görə də əgər indi kimsə uşağını misgərin yanına gətirərək ona bu sənəti öyrətməyi xahiş edərsə, lahıclılar bunu təbəssümlə qarşılayacaqlar. Çünki misgərliyin bütün incəliklərini bilmək üçün bu mühitdə doğulmaq, böyümək və bu alətlərin arasında tərbiyə almaq və beləliklə, sənəti tədricən mənimsəmək lazımdır.

XVIII-XIX əsrlərdə silah istehsalı mərkəzi olmuş Lahıcda indiyədək misəridən sobalar qalır.

Yerli sənətkarların yaratdıqları məmulatlar bütün Şərqdə tanınıb. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovarlar şöhrət qazanıb və yüksək qiymətləndirilib. 1850-ci ildə isə Zaqafqaziya diyarının əsərləri sərgisində usta Məmməd Qədir “Mis qaba görə” pul mükafatına layiq görülüb.

Ümumdünya Vyana Sərgisinə dair xüsusi qəzetdə lahıc ustalarının böyük uğurlarından yazılıb: “Lahıc kəndi (Şamaxı qəzası) əzəldən mis qabları ilə böyük şöhrət qazanıb. Vyana sərgisinə təqdim edilən qablar kolleksiyası bu şöhrəti saxlaya və artıra bilər. Sərgilənən boşqablar, kasalar və fincanlar heyrətamiz dərəcədə qəşəngdir və cəsarətlə bu qəbildən olan mükəmməl əsərlərə aid edilir” (“Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin qeydləri”, Tiflis, 1873).

Lahıclılar təkcə misgərliklə məşğul olmurlar

Lahıclılar təkcə misgərliklə məşğul olmurlar. Lahıc əbəs yerə “qırx sənət şəhəri” adlandırılmır. Əzəldən bəri Lahıcda metal emalından sonra ən inkişaf etmiş sənət dəri istehsalı olub. Lahıc dabbaqları şaqren, tumac, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar - ayaqqabı, qayış, dəri canlıq, kitab cildi, yüyən hazırlanırdı. Kustar xarakterdə olan yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib: sərraclıq, pinəçilik, papaqçılıq, xəzçilik.

Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. Yeniyetmə vaxtından gözünün nurunu itirən qocaman usta Azad Manafov bu yerlərin fəxridir. Görmə qabiliyyətinin itməsi ona yəhər qayışı, yəhər, üzəngi və s. düzəltməyə mane olmayıb.

Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib