KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir
Bakı, 22 iyun, AZƏRTAC
Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.
AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib.
Fotoşəkillərdə sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünür. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.
Ekspertlər əldə edilən görüntülər sayəsində Koreyanın şimal ilə cənubunu ayıran demilitarizasiya zonasında inşa işləri üçün torpaq sahələrinin təmizləndiyini aşkarlayıblar.
Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Koreya Respublikasını ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir. O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]