Kürdəmirdə otla dolu yük maşını yanıb
Kürdəmir, 10 iyun, AZƏRTAC
Kürdəmirdə “KamAZ” markalı yük maşını yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində baş verib. Belə ki, sürücü Namiq Valeh oğlu Nuriyev ot bağlamaları ilə dolu “KamAZ” markalı yük maşını ilə kəndin ərazisində hərəkətdə olarkən avtomobilin yük yeri elektrik naqilinə ilişib. Nəticədə elektrik xəttində qısa qapanma olub və yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da yük maşınına ciddi ziyan dəyib. Yük maşını və maşında olan 10 ton ot bağlamasından 5 tonu yanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:04]
Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur
- 18.11.2026 [17:33]
Naxçıvanda ceyranlar təbiətə buraxılıb
- 18.11.2026 [16:14]
“Şuşa - İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir
- 18.11.2026 [13:37]
Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO
- 18.11.2026 [12:21]