KÜR SUYU ANALİZ OLUNUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kür çayının ekoloji vəziyyəti və içməli su probleminin həlli yollarının axtarılması” ümumqafqaz layihəsi çərçivəsində Gürcüstan QHT-lərinin Kür və Xram çaylarının qovuşduğu yerdən götürülmüş su nümunələrində Ermənistanın Alaverdi rayonunun ərazisindən Xram çayına axıdılan civə tullantılarının tapılması barədə bir sıra KİV-lərin yaydığı məlumatla əlaqədar operativ tədbirlər görmüşdür.
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzi yanında Qazax regional laboratoriyası nazirliyin əmri ilə fasiləsiz iş rejiminə keçmiş və hər 3 saatdan bir Kür çayından su nümunələri götürür.
Su nümunələri Bakıya gətirilmişdir. Analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]