Kriminal xəbərlər
Bakı, 20 yanvar (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 19-u saat 20:20 radələrində Babək küçəsində paytaxt sakini Sərxan Bayramov idarə etdiyi «VAZ-21074» markalı avtomobillə Dilavər Abdullayevi vurmuşdur. D.Abdullayev 3 nömrəli xəstəxanada ölmüşdür.
X X X
Yanvarın 19-da saat 6 radələrində Mehmandarov küçəsində Kürdəmir rayon sakini Taryel Əhmədov idarə etdiyi «VAZ-2104» markalı avtomobillə Culfa şəhər sakini Fəridə Əliyevanı vurmuşdur. Sutikinti xəstəxanasına çatdırılan F.Əliyevanın həyatını xilas etmək mümkün olmamışdır.
X X X
Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Ramis Feyzullayev dekabrın 19-da tutulmuşdur.
X X X
Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xəyal Hacıyev dekabrın 19-da tutulmuşdur.
X X X
Yanvarın 18-nə keçən gecə Nəqliyyat küçəsində Bakı şəhər sakini Rəhilə Ağayevaya məxsus mağazadan pəncərəni sındırıb 90 manat, araq və tütün məmulatları oğurlanmışdır. Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Oleq Rəhimov və İlham Minqalıyev dekabrın 19-da tutulmuşlar.
X X X
Yanvarın 19-da Lerik rayon sakini, əvvələr məhkum olunmuş Bağdagül Səmədova N.Quliyev küçəsində yaşayan Heydər Xalıqovun evindən mobil telefon, qol saatı oğurlayarkən ev sahibi tərəfindən yaxlanmış və Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsinə təhvil verilmişdir.
X X X
Yanvarın 15-dən 19-dək olan müddətdə paytaxtın Fətəliyev küçəsində Ramiz Hümbətova məxsus mağazanın pəncərəsi sındırılaraq oradan 700 manat, yanvarın 17-nə keçən gecə A.Alı küçəsində Şahin Allahverdiyevə məxsus mağazadan eyni qayda ilə 300 manat, danışıq kartları, yanvarın 19-na keçən gecə Ə.Kərim küçəsində Azər Babayevə məxsus mağazanın qıfılı sındırılaraq oradan 70 manat, ərzaq məhsulları oğurlanmışdır.
Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Məhəmməd Mustafayev, əvvəllər məhkum olunmuş Nicat Qarayev, Elşən Əlioğlu, Cavid və Kənan Səfərov qardaşları, Rza Cəfərov dekabrın 19-da tutulmuşlar.