Koreyalı gənclər UNEC-də olublar
Bakı, 14 noyabr, AZƏRTAC
Koreya Respublikasından gəlmiş tələbələr Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Koreya-Azərbaycan Gənclərinin Beynəlxalq Mübadiləsi Proqramı çərçivəsində koreyalı gənclər universitetlə tanış olublar, tələbələrlə görüşüblər.
Görüşdə UNEC tələbələrinə Koreya mədəniyyəti və tarixi haqqında məlumat verilib, koreyalı gəncin “Koreyada bir gün” layihəsi çərçivəsində çəkdiyi videoçarx nümayiş olunub. Koreyalı gənclərin ifa etdikləri rəqslər və mahnılar UNEC tələbələri tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədən sonra gənclər arasında müxtəlif mövzular üzrə diskussiyalar aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [13:00]
Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi
- 13.11.2026 [12:55]
Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir
- 13.11.2026 [12:50]
Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə
- 13.11.2026 [11:39]