Azərbaycan Dövlət İnformasiya Agentliyi

Könüllər mülkündə min yuva qurdum...

Könüllər mülkündə min yuva qurdum...

Bakı, 27 may, AZƏRTAC

Şifahi xalq poeziyamızdan başlanan Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər əbədiyaşardır:

Ürək dil açır ki, sönməmiş odum,

Hücuma başlayır mənim söz ordum,

Könüllər mülkündə min yuva qurdum,

Unutmaz aləmdə sevən sevəni,

Məhəbbət ilhama çağırır məni!

Mayın 27-si Səməd Vurğunun haqq dünyasına qovuşduğu gündür. O, sözün hakimi idi, şeirin, sənətin bütün qapıları onun üzünə taybatay açıq idi. Sənət rübabının dili ancaq Vətənə məhəbbət üstə köklənmişdi. Şairin Azərbaycan ədəbiyyatının qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır.

Həyatı və yaradıcılığı tarixin mürəkkəb dövrünə təsadüf etmiş böyük şairin “Cavanlara xitab” adlı ilk mətbu şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. Bu şeiri o, Qori Seminariyasını bitirməsi münasibətilə yazmışdı. Bir müddət müəllimlik edən gənc şair 1930-1935-ci illərdə Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1930-1940-cı illər Səməd Vurğunun bulaq kimi çağlayan istedadının çiçəklənmə və yüksəliş dövrü olub. Onun “Fənər”, “Könül dəftəri” “Şeirlər” adlı kitablarında yer alan əsərləri Azərbaycan poeziyasının dilinə, ədəbiyyatımıza əlvanlıq, zənginlik gətirib. Vətəninin gözəlliklərini, xalqının xeyirxahlığını, qonaqpərvərliyini və digər nəcib keyfiyyətlərini tərənnüm edən “Azərbaycan” şeiri (1934) isə şairin şöhrətini daha da artırıb. Uşaqdan böyüyədək hər kəsin bu gün də əzbər bildiyi şeir təkcə Səməd Vurğunun deyil, ədəbiyyatımızın uğuruna çevrilib.

İmzasını çox gənc yaşlarında təsdiqləyən Səməd Vurğun 1937-1939-cu illərdə “Vaqif” və “Xanlar “dramlarını yazıb. “Vaqif” dramına görə 1941-ci ildə Stalin mükafatına layiq görülüb. Dövrünün bu ən yüksək mükafatı ona ikinci dəfə 1942-ci ildə, Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında qələmə aldığı “Fərhad və Şirin” mənzum dramına görə verilib.

Müharibə illərində yazdığı “Şəfqət bacısı”, “Ananın öyüdü”, “Ukrayna partizanları” və bu kimi 60-dan artıq şeiri, “Bakının dastanı” və digər poemaları Səməd Vurğun sənətinin miqyasını, coğrafiyasını daha da genişləndirib. Qanlı döyüşlər gedən ön cəbhələrdə S.Vurğun incəsənət ustaları ilə birgə əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb.

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri də çox yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu mövzuda yazılan ən dəyərli 20 əsərdən biri kimi Nyu-Yorkda çap olunaraq yayılıb.

Səməd Vurğun təkcə məşhur şair deyil, həm də böyük alim idi. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Müharibədən sonrakı dövrdə bir-birinin ardınca “İnsan” fəlsəfi dramını, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını, yüzlərlə şeirini qələmə alıb.

Həyatının son illərində yazdığı şeirlər isə onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Dillər əzbəri olmuş “Şair nə tez qocaldın sən”, “Mən tələsmirəm” kimi şeirləri həyata bağlılıq, dostluq və xeyirxahlıq kimi keyfiyyətləri əks etdirməklə yanaşı, dərin fəlsəfi mənaya malikdir.

Səməd Vurğun 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib, yaşadığı çox mürəkkəb və təzadlı bir dövrdə SSRİ-nin ən yüksək orden və medallarına layiq görülüb.

1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb. Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçmiş SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilib. Ağır xəstəlik səbəbindən öz yubiley gecəsində iştirak edə bilməyən şair öz ehtiramını xalqa “Könüldən könülə yollar görünür” şeiri ilə çatdırıb. Yubiley təntənəsindən iki həftə sonra, 1956-cı il mayın 27-də gözlərini həyata əbədi olaraq yuman böyük şairin cənazəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulub, burada üç gün vida mərasimi keçirilib. Səməd Vurğunun cənazəsi mayın 30-da böyük izdihamın müşayiəti ilə Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

Bu gün respublikamızın bütün guşələrində, eləcə də ölkəmizin hüdudlarından kənarda şairin adına onlarla məktəb, mədəniyyət evi, kitabxana, küçə və park vardır, bir çox yerlərdə heykəlləri, büstləri qoyulub.

Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1975-ci ildə Bakıda Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı olub və bir il sonra şairin doğma kəndi Yuxarı Salahlıda Səməd Vurğun poeziya evi yaradılıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağstafa və Qazax şəhərlərində Vurğun Poeziya evləri yaradılıb, görkəmli şairin Bakıdakı ev-muzeyi əsaslı təmir edilib.

Dünya şöhrətli Azərbaycan şairi haqqında bir çox kitablar, bədii əsərlər, elmi monoqrafiyalar işıq üzü görüb. Xalq şairi Hüseyn Arif şairin xatirəsinə “Yolda” poemasını yazıb, xalq şairi Bəxtiyar Vahabzadənin doktorluq işi Səməd Vurğunun yaradıcılığına həsr edilib.

Vəfatından 59 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqın öz böyük şair oğluna olan məhəbbəti azalmayıb. Çünki Səməd Vurğun öz şerləri ilə könüllərdə əbədi məskən salmış bir şairdir.

Zərəngiz Mansurova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb