KONSERVLƏŞDİRİLMİŞ MƏHSULLARIN MONİTORİNQİ APARILIR
Bakı, 24 noyabr, (AZƏRTAC). Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları konservləşdirilmiş məhsulların monitorinqini aparırlar.
Bu haqda məlumat verən Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirmişdir ki, monitorinq zamanı konservləşdirilmiş ət, zeytun, tomat, süd, göbələk və digər məhsulların istehsalı, qablaşdırılması, mağazalarda saxlanılma şəraiti yoxlanılır. Əsas diqqət sanitar gigiyenik qaydalara riayət olunması, məhsulun tərkibinin təhlükəsizlik göstəricilərinə yönəlmişdir.
Paytaxtda fəaliyyət göstərən mağazalar və istehsal sexlərində aparılan monitorinqlər dekabrın əvvələrinədək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]