KOFİ ANNAN AFRİKA SİYASƏTÇİLƏRİNİ TƏNQİD ETMİŞDİR
Kofi Annan demişdir ki, Afrika ölkələrinin liderləri vəzifədə qalmaq naminə öz dövlətlərinin konstitusiyalarını dəyişməməlidirlər.
Bundan əlavə, Annan Sudanın qərb hissəsindəki böhranlı Darfur bölgəsində hümanitar fəlakət təhlükəsi barədə xəbərdarlıq etmişdir. Afrika Birliyi Darfurda sülhə riayət olunmasına nəzarət, habelə evlərinə qayıdan qaçqınların və müşahidəçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə oraya təxminən 300 hərbçi göndərmək qərarına gəlmişdir. Afrika Birliyi təsis edildiyi iki ildən bəri ilk dəfədir, belə əməliyyat keçirir.