KOBİA yeni məlumat platforması yaradıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan və Körfəz ölkələri arasında uğurla davam edən iqtisadi-ticarət əlaqələrini və əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərə alaraq, ölkələrimizin işgüzar dairələri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, yeni əməkdaşlıqların qurulmasına dəstək olmaq, bu sahədə KOB-ların rolunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni məlumat platforması yaradılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Körfəz ölkələrinin biznes dairələri ilə əməkdaşlıq etmək, ticarət və investisiya sahəsində birgə layihələr və yeni təşəbbüslər reallaşdırmaq istəyən yerli KOB subyektləri aşağıdakı linkə daxil olmaqla sorğudan keçə bilərlər: https://bit.ly/3sILljQ
Sahibkarlardan daxil olan məlumatlardan Körfəz ölkələri ilə birgə keçiriləcək tədbir və sərgilərə yerli iş adamlarının dəvət olunması, ortaq layihə və təşəbbüslərdə yerli KOB-ların iştirakının təmin edilməsi və digər əməkdaşlıq tədbirləri üçün istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [16:55]
Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb
- 06.11.2026 [16:53]
Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
- 06.11.2026 [16:40]
® ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
- 06.11.2026 [16:37]