Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA-nın yaranmasından 8 il ötür

KOBİA-nın yaranmasından 8 il ötür

Bakı, 29 dekabr, AZƏRTAC

Mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından 8 il ötür.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.

Sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10 minə qədər məsləhət xidməti göstərilib, 64 min 800 sahibkara 5200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərinin olduğu videotəlim platformasından ötən müddətdə 2200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi sahibkarların dövlət və özəl qurumlarla effektiv əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.

KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirilib.

KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm istiqamətidir və ötən 8 ildə bu sahədə xeyli sayda sahibkarın hüquqları bərpa edilib. KOBİA “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” üzrə beynəlxalq ISO sertifikatı əldə edib.

Ötən 8 ildə KOB-lara ünvanlanmış bir sıra yeni dəstək mexanizmləri yaradılıb. İndiyədək 240-dək KOB subyektinə innovativ fəaliyyət üzrə onları mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2,2 milyon manat qrant ayrılıb. KOB subyektləri üçün 70 daxili bazar araşdırması aparılıb. 140-dək KOB subyektinin istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək göstərilib. 2000-dək KOB subyektinin yerli və beynəlxalq sərgidə iştirakı təmin edilib ki, bu platformalarda sahibkarlar öz məhsullarını tanıda bilib, satış və ixrac imkanlarını artırıb. Quba və Sumqayıtda olmaqla iki KOB klaster şirkəti yaradılıb və onlara vergi və gömrük güzəştlərini nəzərdə tutan “KOB klaster şəhadətnaməsi” verilib.

KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara geniş çeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət göstərəcək.

Agentlik tərəfdaş qurumlar və özəl sektor ilə birgə ötən 8 ildə KOB-lar üçün bir sıra sosial layihə və proqramlar həyata keçirib. “Qarabağ KOB-ları” layihəsi çərçivəsində 220 qazi və şəhid ailəsinin üzvünün biznesə başlamasına dəstək verilib. “Gənclərin biznes emalatxanası” layihəsi üzrə 65 gəncin biznesə başlamasına dəstək göstərilib. “Uğurla tərəfdaşlıqda qadın sahibkarlar” layihəsi çərçivəsində 70 qadın sahibkara dəstək göstərilib. “Bizdən biznesə” startap layihəsi üzrə startap ideyaların reallaşdırılmasına mentorluq və maliyyə dəstəyi təmin olunub. “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən yüzlərlə biznes subyekti qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. Masallı və Sumqayıtda yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri tərəfindən 250 sosial həssas şəxs üçün peşə təlimi keçirilib və işlə təminata dəstək verilib. “KOB könüllüləri proqramı”nda 850 gənc könüllü olub.

Sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə 2022-ci ildən etibarən biznes subyektlərinə KOBİA-nın təsis etdiyi “Dayaq” mükafatı təqdim edilir.

KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27 yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə 6 birgə biznes şurası yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək 15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi”nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş qoşulub.

Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-2024-cü illərdə KOB-ların sayı 74 faizə yaxın artaraq 424 mini ötüb. Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7 faizini KOB subyektləri təşkil edir. 2018-2024-cü illərdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 21,1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı 13,4 faizdən 18,5 faizə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı 47,6 faiz artaraq 417 min 800 nəfəri keçib. KOB-ların dövriyyəsi 2019-2024-cü illərdə 54,5 faiz artaraq 48 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4 faizini təşkil edir.

Ötən 8 ildə dövlətin KOB-lara göstərdiyi sistemli dəstək və əldə olunan nəticələr KOBİA-nın fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə səbəb olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təcrübə kimi seçilib və tətbiqi tövsiyə olunub. “KOB siyasəti indeksi - 2024” üzrə hesabatın yekunlarına əsasən ölkəmizin mövqeyi 2020-ci il üzrə qiymətləndirmə hesabatının nəticələri ilə müqayisədə 12 indikatordan 9-u üzrə irəliləyib. Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) tərəfindən 2023-cü ildə KOBİA-ya KOB sektorunun dəstəklənməsində nümunəvi fəaliyyətə görə tanınma sertifikatı təqdim edilib. Avropa İttifaqının “Azərbaycanda biznes mühiti - 2024” hesabatında Avropa şirkətlərinin dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA mütləq lider olub.

Qarşıdakı illərdə KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, effektivliyinin artırılması və sahibkarlar üçün daha əlçatan olması, biznesin ehtiyacına uyğun yeni dəstək mexanizmlərinin tətbiqi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl keçidinə dəstək, dayanıqlı biznes modellərin təşviqi KOBİA-nın fəaliyyətinin prioritetləri sırasında olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir