Klaudio Ranyeri “Roma”dan ayrılacaq
Bakı, 24 aprel, AZƏRTAC
İtaliyanın “Roma” komandasının idarə heyətinin müşaviri Klaudio Ranyeri yaxın vaxtlarda vəzifəsindən ayrılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qərarın əsas səbəbi paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini ilə münasibətlərdə yaranan gərginlikdir. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Baş məşqçi heyətin gücləndirilməsindən narazı qaldığı halda, K.Ranyeri transferlərin birgə razılaşdırıldığını bildirib. Mövsümün sonlarına doğru qeyri-sabit nəticələr bu fikir ayrılığını daha da dərinləşdirib.
Qeyd edək ki, “Roma” A Seriyasında 33 turdan sonra 58 xalla 6-cı pillədə qərarlaşıb. Can Pyero Qasperini komandaya 2025-ci ilin yayından rəhbərlik edir. Klaudio Ranyeri isə 2024-cü ilin noyabrından 2025-ci ilin iyun ayınadək “Roma”ya rəhbərlik edib. O, daha əvvəl 2009–2011 və 2019-cu illərdə də qısa müddət ərzində paytaxt klubunun sükanı arxasında olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [01:43]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib
- 14.11.2026 [01:34]
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
- 13.11.2026 [18:15]
Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib
- 13.11.2026 [17:44]
Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 13.11.2026 [17:07]
Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir
- 13.11.2026 [16:53]
Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]