Kiyevdə həmvətənlərimizin təşəbbüsü ilə sülh yürüşü keçirilib
Kiyev, 7 oktyabr (AZƏRTAC). Ukrayna paytaxtının mərkəzi küçəsi olan Kreşşatikdə və İstiqlaliyyət meydanında gənclərin iştirakı ilə “Ukrayna sülh uğrunda” adlı kütləvi tədbir keçirilib. Tədbir həmvətənlərimiz Nicat Mirzəyev və Şəmsi Məhərrəmovun rəhbərlik etdikləri “Gənclər dünyası” təşkilatının və Kiyevdəki 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbinin təşəbbüsü ilə təşkil olunub.
Sülh yürüşündən sonra müxtəlif musiqi kollektivlərinin, o cümlədən “Qafqaz” ansamblının iştirakı ilə konsert olub. İstedadlı həmvətənlərimiz Kiyev sakinlərini və Ukrayna paytaxtının qonaqlarını Qafqaz xalqlarının rəqsləri, eləcə də “Yallı”, “Naz eləmə”, “Nəlbəki” və digər Azərbaycan xalq rəqsləri ilə tanış ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:07]
Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olunub
- 13.11.2026 [16:56]
Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub
- 11.11.2026 [19:04]
Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib
- 11.11.2026 [13:12]