KİMSƏSİZ UŞAQLARA QAYĞI
Mədəniyyət və istirahət parkının direktoru Alfred Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, biz bayram və şənliklərdə uşaq evinin kollektivini parka dəvət edirik. Onlara hədiyyələr verir, bayram süfrəsi açırıq.
Xeyriyyəçilik ənənəmizi davam etdirərək bu dəfə Uşaq evinin bədii özfəaliyyət kollektivinin konsertini təşkil etdik. Konsertdən sonra ”Luna-park“ müəssisəsinin sponsorluğu ilə Bakı Kukla Teatrı uşaqlara “Göyçək Fatma” tamaşasını göstərdi. Qarşıdan gələn bayramlarda biz yenidən kimsəsiz uşaqları sevindirəcək, onlara hədiyyələr verəcəyik.