KƏNDDƏ YENİ MƏKTƏB BİNASI TİKİLİR
Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində Təhsil Nazirliyinin vəsaiti hesabına 480 yerlik yeni məktəb binası tikilir. Sumqayıt Şəhər Tikinti-Quraşdırma və Mexanikləşdirmə İdarəsinin kollektivi tərəfindən aparılan inşaat işləri uğurla davam etdirilir. Hazırda məktəbin ikinci mərtəbəsində tamamlama işləri görülür.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, yeni məktəbin sentyabrın 1-dək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Köhnə bina isə əsaslı təmirdən sonra ibtidai məktəb kimi fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
® “Azərikard” süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
- 12.11.2026 [17:50]
Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar
- 12.11.2026 [16:27]
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb
- 12.11.2026 [16:20]