KƏNDDƏ “HEYDƏR PARKI” SALINMIŞDIR
Bərdə rayonundakı Gərənə kəndinin sakinləri ümummilli liderimiz Heydər Əliyevin şərəfinə “Heydər parkı” salmışlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, böyük bir sahəni əhatə edən parkda geniş tikinti-abadlıq işləri görülmüş, gül kolları və ağaçlar əkilmişdir. İndi “Heydər parkı” kənd adamlarının sevimli istirahət guşəsinə çevrilmişdir.