KƏND İDMANÇILARI İLƏ GÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan yığma komandasının üzvləri - gücsınama üzrə 2003-cü ilin dünya çempionu Tengiz Zeynalov, dünya çempionatının mükafatçısı Şöhrət Şıxmətov, pauerliftinq üzrə 2004-cü ilin Avropa çempionu Vüqar Namazov, 2003-2004-cü illər dünya və Avropa çempionatlarının gümüş mükafatçısı Bəxtiyar Quliyev, 2004-cü ilin Azərbaycan çempionları Zülfüqar Süleymanov, Ruslan Əliyev, Fikrət Qafarov və başqaları iştirak etmişlər.
İrşad Əliyev mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançıları səmimi salamlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana, idmançılara böyük qayğısından söz açmışdır. O, yüksək nəticələr göstərmiş “Məhsul”çulara təşəkkür etmiş, yeni uğurlar arzulamış, kənd idmanının inkişafına nazirliyin bundan sonra da kömək göstərəcəyini vurğulamışdır.
“Məhsul” İdman Cəmiyyəti Respublika Şurasının sədri Arif Mirməmmədov kənd idmanının inkişafında nazirliyin qayğısını daim hiss etdiklərini bildirmişdir.
Çıxış edən idmançılar yarışlarda bundan sonra da yüksək göstəricilərə nail olacaqlarına söz vermişlər.