KAİNATDA “ALMAZ PLANETLƏR” MÖVCUDDUR
Qalaktikamızdakı planetlərin əksəriyyəti müxtəlif daşlardan ibarətdir. Lakin yeni tədqiqatlar digər ulduzların ətrafındakı planetlərin karbondan ibarət olduğunu istisna etmir. Başqa sözlə desək, kosmosda elə ulduzlar var ki, onlarda almaz yataqlarının qalınlığı bir neçə kilometrə çatır.
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Prinston Universitetinin (ABŞ) alimləri belə cəlbedici aləmlərin mövcudluğunu Yer kürəsinə düşən və karbonlu xondritlər kimi məlum olan daşların hərtərəfli öyrənilməsi nəticəsində müəyyən etmişlər. Alimlər indiyədək güman edirdilər ki, bunlar asteroidlərin parçalarıdır. Onlarda qrafitləri və hətta almaz zərrəciklərini tez-tez tapırdılar. İndi isə astrofiziklər xondritlərin analizi əsasında inamla deyirlər ki, kainatda almaz planetlər var.
Alimlərin fikrincə, almaz planetlərin mövcudluğu ehtimalı PSR 1257+12 ulduzu ilə fırlanan sistemdə daha böyükdür. Onun yanında üç belə planet var və onlar ölçülərinə görə Yer kürəsinə yaxındır.
Ola bilsin ki, almaz planetlər qalaktikanın mərkəzinə yaxın sahələrdə də mövcuddur. Çünki orada olan ulduzlarda karbon bizdəkinə, yəni Ağ Yolun (Kəhkəşanın) kənarındakına nisbətən qat-qat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]