Kadi Borges: Bu uğurda azarkeşlərin də payı çoxdur
Bakı, 28 avqust, AZƏRTAC
Bizə dəstəyini əsirgəməyən, daima yanımızda olan azarkeşlərimizi sevindirmək üçün Çempionlar Liqasının əsas mərhələsində əlimizdən gələni edəcəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində yüksəlmələri barədə danışarkən deyib.
Yarımmüdafiəçi Çempionlar Liqasının əsas mərhələsinə hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: “Yaxşı hazırlaşıb, orada da uğurlu oyunlar keçirmək istəyirik. Azarkeşlərimiz buna layiqdirlər”.
Braziliyalı futbolçu qarşıda onları daha çətin sınaqların gözlədiyini vurğulayıb: “Artıq diqqətimizi tam şəkildə liqa mərhələsinə yönəltmişik. Hazırlıq üçün kifayət qədər vaxtımız olacaq və həmin mərhələyə maksimum hazır olmağa çalışacağıq. Bu uğurun payı təkcə futbolçuların deyil, həm də tribunada bizi bir an belə tək qoymayan azarkeşlərindir”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən Macarıstanın “Ferensvaroş” komandasına 5:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:09]
Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib
- 17.11.2026 [18:48]
“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir
- 17.11.2026 [18:30]
Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri
- 17.11.2026 [16:57]
Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq
- 17.11.2026 [16:01]
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub
- 17.11.2026 [15:01]
Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb
- 17.11.2026 [14:52]