İYUNUN 7-DƏ HAVA NECƏ OLACAQ
Gəncə-Qazax zonasında hava yağmursuz keçəcək, səhər saatlarında zəif duman olacaq, Gəncədə gecə temperatur müsbət 14-16, gündüz 25-27, Qazax rayonunda isə gecə 15-17, gündüz 24-26 dərəcə olacaqdır.
Quba-Qusar zonasında gecə və axşam saatlarında şimşək çaxacaq, yağış yağacaq, Qubada gecə 10-12, gündüz 23-25, Qusarda isə gecə 9-11, gündüz 22-24 dərəcə isti olacaqdır.
Lənkəran–Masallı zonasında gecə yağış yağacaq. Lənkəranda gecə
17-19, gündüz 27-29, Masallıda isə gecə 16-18, gündüz 25-27 dərəcə isti olacaqdır.
Kürdəmir rayonu ərazisində hava yağmursuz keçəcək, gecə 18-20,
gündüz 27-29 dərəcə isti olacaqdır.
Şamaxı-Şəki zonasında gecə və axşam yağış yağacaq, səhər duman
olacaq, gecə 12-14, gündüz 23-25 dərəcə isti olacaqdır.
Şuşada hava yağmursuz keçəcək, gecə 7-9, gündüz 17-19 dərəcə istİ
olacaqdır.
Bakıda hava yağmursuz keçəcək, gecə 15-17, gündüz 24-26 dərəcə
isti olacaqdır.