İYİRMİ İKİ APTEK CƏRİMƏ EDİLMİŞDİR
Bakı, 30 oktyabr (AZƏRTAC). Xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyinin (SN), nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən cari ilin 10 ayı ərzində tibb fəaliyyəti üzrə 116 fakt aşkar edilmiş, əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə isə son üç ayda 119 fakt aşkarlanmışdır.
Səhiyyə Nazirliyinin “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptekə dair protokollar tərtib edilmişdir. Faktlar rəsmiləşdirilərək nazirliyə göndərilmiş, müvafiq qərarlar qəbul edilmiş və cərimələr tətbiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]