Azərbaycan Dövlət İnformasiya Agentliyi

İTAR-TASS-DA GÖRÜŞ

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İTAR-TASS agentliyinə gələrək, onun və digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirdi. Agentliyin baş direktoru Vitali İqnatenko, onun birinci müavini Mixail Qusman və başqaları dövlətimizin rəhbərini ehtiramla qarşıladılar.

Agentliyin baş direktorunun birinci müavini MİXAİL QUSMAN görüşü açaraq dedi:

-Biz Rusiyada dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Rusiyanın informasiya teleqraf agentliyində - İTAR-TASS-da salamlamağa ürəkdən şadıq. Bildiyiniz kimi, səfər sona yetir. Biz Heydər Əliyeviçdən səfərin nəticələrindən danışmağı xahiş etmişik. Heydər Əliyeviçi bu binada qəbul etmək bizim üçün, agentliyin əməkdaşları üçün xüsusilə xoşdur, çünki bu bina vaxtilə Nazirlər Sovetinin qərarına uyğun olaraq, Sovet İttifaqı hökuməti sədrinin birinci müavini Heydər Əliyeviç Əliyevin sərəncamı ilə tikilmişdir. Sizə hətta balaca bir sirr də açacağam: bu gün Heydər Əliyeviç binamızın bəzək daşları arasında Azərbaycan daşını görüb tanıdı. Doğrudan da, binanın bəzək işlərində Azərbaycandan gətirilmiş daşlardan istifadə olunmuşdur. Ona görə də biz Heydər Əliyeviçi burada xüsusi səmimiyyət və xüsusi sevinclə qəbul edirik.

Heç kimə sirr deyil ki, Moskva Heydər Əliyeviç üçün yad bir şəhər deyildir. Əgər etirazınız yoxdursa, Heydər Əliyeviçdən səfərin yekunları, Rusiya Prezidenti ilə görüşləri barədə danışmağı xahiş edək, sonra isə Prezidentdən suallarımıza cavab verməyi xahiş edərik.

HEYDƏR ƏLİYEV: Mənim dostlarım, ilk öncə, mən sizi salamlayıram. Təsəvvür etməzdim ki, bu qədər foto və telekamera görəcəyəm. Görün nə qədərdir! Mən bu görüşə şadam. Doğrudur, burada görüşmək təklifini çoxdan almışdım, amma buna heç cür vaxt tapa bilmirdim. Bir də ki, bunun belə maraqlı olacağını, sizin buraya toplaşdığınızı təsəvvürmə gətirmirdim. Düşünürdüm ki, gələcəyəm, oturub danışacağıq. Amma, bir görün, burada nə qədər jurnalist var. Hər bir jurnalist isə bütöv bir ölkədir. İndi jurnalistlər elə nüfuza, elə statusa malikdirlər ki, onlarla mütləq görüşmək, onlara hörmət etmək lazımdır.

Əlbəttə, sizi ilk növbədə səfər maraqlandırır. Yəqin ki, kütləvi informasiya vasitələri mənim səfərim, keçirdiyimiz görüşlər haqqında məlumat vermişdir. Mən son dərəcə məmnunam, ilk növbədə Rusiyaya dövlət səfərinə gəlmək barədə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdaram. Səfər artıq baş tutmuşdur, bizim çoxlu görüşümüz olmuşdur. Mən Prezident Vladimir Vladimiroviç Putinin evində onunla təkbətək görüşdüm, dünən çoxlu görüşlərimiz - Prezident Putinlə təkbətək, sonra isə geniş tərkibdə görüşümüz oldu. Biz sənədlər imzaladıq, mətbuat nümayəndələri ilə görüşdük, Azərbaycan nümayəndə heyətinin və Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edildi. Bir sözlə, təşkilatı baxımdan hər şey çox yüksək səviyyədə idi.

Mən qonaqpərvərliyə, səmimi, mehriban görüşlərə, diqqətə görə Rusiya Prezidentinə son dərəcə minnətdaram. Ən başlıcası isə, əlbəttə, bütün məsələlər barəsində açıq, dostcasına söhbətə görə minnətdaram. Biz bir çox məsələlərə dair fikir mübadiləsi etdik. Sözsüz ki, bizi ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti maraqlandırırdı. Biz bu məsələləri təhlil etdik. Deməliyəm ki, - dünən ziyafətdə də bu məsələyə toxundum, - Azərbaycanın müstəqillik əldə etdiyi, suveren Rusiya və Azərbaycan dövlətləri arasında diplomatik əlaqələrin yarandığı bu 10 il müddətində ölkələrimiz arasında münasibətlər qurulmuş, lakin bu münasibətlər heç də həmişə hamar olmamışdır. Problemlər, çətinliklər, maneələr var idi. Lakin biz həmişə irəliləmişik və bu proses yüksələn xəttlə getmişdir. Amma ötən ilin əvvəllərində Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri bu prosesə xüsusi təkan verdi. Bu, Rusiya Prezidentinin müstəqil Azərbaycana ilk səfəri idi. Belə bir fakt da bizim üçün xoşdur ki, bu, prezident seçildikdən sonra Vladimir Putinin ilk səfəri idi. Mən onun MDB ölkələrinə ilk rəsmi səfərini nəzərdə tuturam. Bu səfər, əslində, dönüş məqamı oldu və qarşılıqlı münasibətlərimizdə yeni mərhələ açdı. Ötən bir il ərzində biz bütün sahələrdə dövlətlərarası münasibətlərimizi intensivləşdirməyə və dünən görüş zamanı bir yerdə müşahidə edə bildiyimiz nəticələrə nail olduq.

Əvvəla, bu görüşlər, söhbətlər, fikir mübadilələri, ikincisi də, sənədlərin imzalanması. Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı da biz çox mühüm sənədlər imzalamışdıq, dünən də çox mühüm dövlətlərarası sənədləri imzaladıq. Bu, ilk növbədə 2010-cu ilədək dövr üçün Rusiya ilə Azərbaycan arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləni və həmin müqavilə ilə əlaqədar iqtisadi xarakterli digər sazişləri, uzun illər boyu razılığa gələ bilmədiyimiz Qəbələ RLS-in statusu haqqında sazişi vurğulamaq istəyirəm. Dünən biz bu stansiya barədə saziş imzaladıq. Bildiyiniz kimi, biz bu radiolokasiya stansiyasını 10 il müddətinə Rusiyaya icarəyə verdik, bu prosesi başa çatdırdıq və bir sıra digər mühüm sənədlər imzaladıq. Ən başlıcası isə, biz fikir mübadiləsi edərək, bir il bundan əvvəl Prezident Putin respublikamızda səfərdə olandakı kimi, belə bir yekdil fikirə gəldik ki, hazırda münasibətlərimiz yaxşı səviyyədədir. Biz müxtəlif istiqamətlərdə - həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə münasibətlərimizi daha intensiv inkişaf etdirməliyik. Mən bizim münasibətlərimizi səciyyələndirən hansısa konkret fakt gətirmək istəmirəm, siz onları bilirsiniz. Mən yalnız dediklərimlə kifayətlənirəm.

Mən Bakıya böyük məmnunluq hissi ilə qayıdıram. Bir daha demək istəyirəm ki, bizim səfərimizə, nümayəndə heyətimizə, şəxsən mənə son dərəcə böyük diqqət göstərildi. Bütün bunlar, əlbəttə ki, Rusiya-Azərbaycan əlaqələrinə Rusiyanın münasibəti ilə bağlıdır.

 

Rusiyanın münasibəti isə, hesab edirəm ki, çox yaxşıdır. Diqqətinizə görə çox sağ olun. Mən sizin suallarınıza cavab verə bilərəm.

S U A L: Bu, Azərbaycan Prezidentinin Rusiyaya ilk dövlət səfəridir. Siz siyasi tərəfdaşlığın vəziyyətini yüksək qiymətləndirdiniz. Lakin münasibətlərin hansı formatda olmasına çalışırsınız? Prezident Putinlə söhbətlərinizin yekunu barədə nə deyərdiniz?

CAVAB: İlk növbədə biz bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır. Biz bir il öncə Bakıda və bu gün də qəti razılığa gəlmişik ki, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə tam qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu, bir çox məsələlərə aiddir və biz bu məsələlərdə əməkdaşlıq etməliyik.

SUAL: Siz Qafqaz regionundakı vəziyyəti necə qiymətləndirirsiniz və Sizin fikrinizcə, onu sabitləşdirmək və ümumi problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

CAVAB: Bilirsinizmi, Qafqaz regionunda vəziyyət kifayət qədər mürəkkəbdir. O, ilk növbədə, hərbi münaqişələrə görə mürəkkəbdir. Dağlıq Qarabağ üstündə Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə, gürcü-abxaz, Cənubi Osetiya münaqişələri var, Çeçenistanda münaqişə mövcuddur. Qafqazda vəziyyəti də bu müəyyənləşdirir. Qafqaz çox mühüm regiondur və Qafqazda sabitlik, sülh və təhlükəsizliyin olmasının ölkələrimiz üçün böyük əhəmiyyəti var. Mən Cənubi Qafqaz ölkələrini və Rusiyanı nəzərdə tuturam. Odur ki, bu məsələ daim bizim diqqət mərkəzimizdədir və dünən Prezident Putinlə məsələləri müzakirə edərkən biz buna böyük diqqət yetirdik. Yeri gəlmişkən, mənim köməkçilərim hesablamışlar ki, Vladimir Vladimiroviç Rusiya Prezidenti seçildikdən sonra keçən qısa müddət ərzində biz 16 dəfə görüşmüşük. Demək olar ki, bu görüşlərin hamısında biz Qafqazla bağlı məsələləri müzakirə etmişik.

SUAL: Xəzərin statusu ilə bağlı məsələ müzakirə olundumu?

CAVAB: Bilirsiniz, dünən fikir mübadiləsi və söhbətlərimiz zamanı məhz bu da mühüm məsələlərdən biri idi. Bir il öncə, Prezident Putin Bakıda rəsmi səfərdə olarkən biz Rusiya ilə Azərbaycan arasında Xəzərdə əməkdaşlığın prinsipləri haqqında Bəyanat imzaladıq. Rusiya ilə Qazaxıstan arasında da belə bir Bəyanat imzalanmışdır. Bir neçə ay əvvəl, noyabrda, mən Moskvada, MDB ölkələrinin sammitində olarkən biz Prezident Nazarbayevlə Qazaxıstan ilə Azərbaycan arasında Xəzərdə əməkdaşlığın prinsipləri haqqında Saziş imzaladıq. Beləliklə, üç Xəzəryanı dövlət Xəzərdə əməkdaşlığı həyata keçirmək üçün daha aktual saydığımız prinsiplərlə razı olduğunu bildirmişdir. Rusiya da, biz də Türkmənistanla danışıqlar aparırıq. Sözsüz ki, bu danışıqlar digər Xəzəryanı ölkələrin də mövqeyini razılaşdırmaq üçün həmin dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılır.

 

Hər halda, dünən biz böyük bir məsələ haqqında razılığa gəldik. Bir il əvvəl biz prinsiplər haqqında Bəyanat imzalamışdıq. Rusiya və Qazaxıstan sektorlar- Qazaıstan və Rusiya sektorları arasında konkret orta xətt haqqında artıq razılığa gəlmişlər. Indi isə biz Rusiya ilə Azərbaycan arasında orta xəttin müəyyənləşdirilməsinə başlamaq barədə razılığa gəlmişik. Artıq bundan sonra üç Xəzəryanı dövlətin dənizin dibindən, onun mineral ehtiyatlarından istifadəsi məsələsi ümumən həll edilmiş olacaqdır. Düşünürük ki, biz bütün Xəzəryanı ölkələrin razılığına nail olmaq üçün bundan sonra da lazımi iş aparmalıyıq. Hesab edirəm ki, biz buna nail ola biləcəyik. Bunun nə qədər vaxt aparacağını söyləmək isə mənim üçün çətindir.

SUAL: Siz Müstəqil Dövlətlər Birliyinin gələcəyini, habelə MDB və digər regional təşkilatlar çərçivəsində Moskva ilə Bakı arasında əməkdaşlığın istiqamətini necə görürsünüz?

CAVAB: Bilirsiniz ki, biz bu yaxınlarda MDB-nin yaradılmasının 10-cu ildönümünü qeyd etdik. Hamı belə bir yekdil rəydə oldu ki, MDB, yəni bu təşkilat, onun yaradılması özünü doğruldur. Biz böyük yol keçmişik. Ancaq mən deməliyəm ki,- bu, təkcə mənim fikrim deyil, həm də həmkarlarımın rəyidir- Vladimir Vladimiroviç Putin Rusiya Prezidenti seçildikdən sonra və biz onu MDB Dövlət Başçıları Şurasının sədri seçdikdən sonra MDB-nin fəaliyyətində böyük dinamizm və Birlik ölkələrinin bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əməkdaşlığı üçün MDB-də daha konkret, əməli iş görüldüyünü və şərait olduğunu görürük. Ona görə də hesab edirəm ki, son illər MDB-nin fəaliyyətinin daha səmərəli dövrüdür. Əgər fəaliyyətimizi məhz bu ruhda davam etdirsək,- zənnimcə, bu əsasda daha yaxşı əməkdaşlıq edə bilərik,- onda MDB-nin böyük gələcəyi var. Odur ki, biz, yəni Azərbaycan, öz tərəfimizdən MDB-də fəal əməkdaşlığa hər vasitə ilə kömək göstərəcəyik.

SUAL: Siz Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq barədə nə deyə bilərsiniz?

CAVAB: Bilirsinizmi, hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq yaxşı səviyyədədir. Hər halda, bizim xarici ticarət dövriyyəmizdə Rusiya birinci yer tutur. Doğrudur, ötən ilin axırlarında əmtəə dövriyyəsinin bir qədər azaldığı müşahidə edildi, ancaq bu, necə deyərlər, yeni vergi qanunları ilə bağlıdır. Bunun ticarət və əmtəə dövriyyəsinin səviyyəsinə prinsipial aidiyyəti yoxdur. Biz ticarətdə və əmtəə dövriyyəsində Rusiyanı ən mühüm tərəfdaşımız hesab edirik. Əmtəə dövriyyəsini genişləndirmək üçün böyük imkanlar var. Məhz bu məsələ dünən danışıqlarımızda, söhbətlərimizdə əsas yerlərdən birini tuturdu və hər iki tərəf əmtəə dövriyyəsinin genişləndirməyin zəruri olduğunu bildirdi. Dünən biz məhz əmtəə dövriyyəsinin daha da genişləndirilməsinə hansı sahələrdə, hansı yolla nail ola biləcəyimiz barədə danışdıq.

Məsələn, bizdə metro var və ondan ötrü yeni vaqonlar almaq istəyirik. Vəsaitimiz isə yox idi. Rusiyadan kredit götürüb Mıtişşi zavodundan metropolitenimizə 20 vaqon almaq üçün Rusiya ilə razılıq əldə etdik. Rusiya bu məqsədlə öz büdcəsində bizim üçün kredit ayrılmasını nəzərdə tutmuşdu. Lakin biz vaqonları almaq üçün öz büdcəmizdə 8,5 milyon dollar nəzərdə tuta bildik. Dünən mən bu barədə dedim. Yaxın vaxtlarda biz həmin vaqonları alacağıq. Bu, Rusiya ilə Azərbaycan arasında ticarət və əmtəə dövriyyəsinin böyük imkanlarından xəbər verən bir faktdır.

SUAL: 11 sentyabr hadisələri bütün dünyada vəziyyəti kökündən dəyişdi. Əfqanıstandakı antiterror kampaniyasının gedişini və orada vəziyyətin nizama salınması perspektivlərini necə qiymətləndirirsiniz?

CAVAB: Bilirsinizmi, hesab edirəm ki,11 sentyabr hadisələrindən sonra Əfqanıstandakı antiterror kampaniyasının gedişi və bütövlükdə antiterror fəaliyyəti məhz həmin hadisələrdən sonra yaranmış vəziyyətə uyğundur. Hesab edirəm ki, bu tədbirlər görülməli idi və onlar görülmüşdür. Həmin tədbirlər öz nəticələrini vermişdir. Ancaq beynəlxalq terrorizmlə mübarizə bununla qurtarmır. Əfqanıstanda aparılmış əməliyyatın beynəlxalq terrorizmə son qoyduğunu demək olmaz. Biz terrorizmin mənfi təsirini öz üzərimizdə hiss edirik. Beynəlxalq terrorizm təkcə terrorçuların qəddar hücumuna məruz qalmış Birləşmiş Ştatlar üçün deyil, bütün ölkələr üçün də təhlükəlidir. Ona görə də biz lap əvvəldən antiterror əməliyyatında iştirak etməyə hazır olduğunuzu və tamamilə bu koalisiyada olduğumuzu bildirmişdik, öz tərəfimizdən hər şeyi edirik və edəcəyik.

Azərbaycanda biz terrorizmin ölkəmizə vurduğu zərəri, terrorizmlə və xüsusən beynəlxalq terrorizmlə mübarizəni gücləndirməyin zəruriliyini xüsusilə hiss edirik.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

X X X

Elə həmin gün Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi /AZƏRTAC/ və Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi /İTAR-TASS/ arasında beynəlxalq informasiya məkanında əməkdaşlıq haqqında memorandum imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO