Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyada “Nəsimi günləri” başlayıb

Neapol, 10 dekabr, AZƏRTAC 

Dahi mütəfəkkir şair İmadəddin Nəsimin anadan olmasının 650 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar İtaliyada təşkil edilmiş “Nəsimi günləri” çərçivəsində Neapol Şərqşünaslıq Universitetində italyan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycanın İtaliyadakı səfirliyinin, Neapol Şərqşünaslıq Universitetinin və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Neapol Şərqşünaslıq Universitetinin müəllim-tələbə heyəti, şəhərin elm və mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru professor Rita Librandi dahi Nəsimi yaradıcılığı haqqında danışaraq, onun Azərbaycanın hüdudlarından kənarda, ümumilikdə Şərq xalqlarının ictimai-bədii fikrinin inkişafında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dünya poeziyasının kamil nümunələri sırasında xüsusi yer tutan dahi mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunmuş bu təqdimatın təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, bu kimi tədbirlərin keçirilməsinin akademik sahədə münasibətlərin genişləndirilməsinə xidmət göstərdiyini vurğulayıb. O, kitabın ərsəyə gəlməsində mühüm rolu olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və “Sandro Teti” nəşriyyat evinin töhfəsi ilə son illərdə İtaliyada həyata keçirilən layihələrdən bəhs edərək onların Azərbaycan mədəniyyəti irsinin öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb etdiyini qeyd edib. Diplomat Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafı və ədəbiyyatımızdakı önəmli rolu, eləcə də bu il dahi şairin anadan olmasının 650 illiyi çərçivəsində İtaliyada keçirilən Nəsimi günləri barədə danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə çıxışında Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın dünya mədəniyyətinə, incəsənətinə bəxş etdiyi dahi şəxsiyyətlər arasında xüsusi yer tutan Nəsimi yaradıcılığının əvəzsiz rolundan bəhs edib. Rəhbərlik etdiyi Fondun əsas məqsədinin türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılmasından ibarət olduğunu bildirən G.Əfəndiyeva “Nəsimi ili” çərçivəsində Fondun gördüyü işlərdən və gələcək layihələrdən danışıb. Çıxışında “Nəsimi poeziyası” kitabının əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva sözügedən əsərlər toplusunun Türk dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı italyan oxuculara dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.

Tədbirdə çıxış edən Neapol Şərqşünaslıq Universitetinin Asiya, Afrika və Aralıq Dənizi kafedrasının direktoru professor Mikele Bernardini mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə seçilən şairin zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş 100-dən çox qəzəl və rübaidən ibarət əsərlər toplusunun Nəsimi yaradıcılığının İtaliyada tanıdılmasında mühüm rolu olacağını diqqətə çatdırıb. O, çıxışında Azərbaycan haqqında nəşr olunmuş çoxsaylı kitablar, o cümlədən azərbaycanlı müəlliflər tərəfindən italyan dilinə tərcümə edilmiş əsərlərin İtaliyada Azərbaycanın tanıdılması işinə böyük töhfə verdiyini söyləyib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış və Nəsiminin həyat və yaradıcılığından bəhs edən “Əbədi eşq günəşi” adlı sənədli film nümayiş olunub.

Tədbir Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra əsərlərin bədii-musiqili kompozisiya formasında təqdimatı ilə davam etdirilib.

Qeyd edək ki, Neapoldan başlayan “Nəsimi günləri” növbəti günlərdə Roma və Venesiya şəhərlərində davam etdiriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Neapol 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Zəfər Günü: müharibə veteranları və şəhid ailəsi üzvləri diqqət mərkəzindədir

Qələbədən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrin xarakteri də dəyişib - ŞƏRH

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə görüşlər keçirib

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Zəfər tariximizə həsr olunmuş nəşrlər vahid məkanda toplanıb

Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

DİM şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair qətnamələr qəbul edilib

“Şanlı tariximizin möhtəşəm Zəfər Günü” - Şərqşünaslıq İnstitutunda elmi sessiya

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

Gələcəyin təminatı: DİA-da uşaq hüquqlarının müdafiəsi və müasir çağırışlar təhlil olunub

® ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib

Azərbaycanın “ESCWA” ilə praktiki əməkdaşlıq imkanları dəyərləndirilib

Yavər Rzayevin kino dünyası: İnsana və həyata fərqli baxış VİDEO

Yavər Rzayevin kino dünyası: İnsana və həyata fərqli baxış VİDEO

Azərbaycan nümayəndə heyəti SPECA həftəsində iştirak edib

DİM-in dəstəyindən yararlanan 35 qazi ali məktəbə və ya kollecə qəbul olub

Gömrük Komitəsində Zəfər Günü qeyd edilib

Regionda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri müzakirə olunub

Çində 8 Noyabr - Zəfər Günü qeyd edilib

Rumıniya mətbuatı: Azərbaycan üzərindən keçən Orta Dəhliz ilə Meksikaya yük daşınır

“Zəfərdən doğan işıq”

Zəfərimizin ən müqəddəs ünvanı şəhidlərimizin əbədiyaşar xatirəsidir ŞƏRH

Energetika Nazirliyində Zəfər Günü qeyd edilib

Rumıniyanın milli xəbər agentliyi Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirdən yazıb

® “Azercell” yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azərbaycan auditorları beynəlxalq mükafata layiq görülüb

“Zəfər tarixi” - Daxili Qoşunların Hərbi İnstitutunda elmi-nəzəri konfrans

Bloger və media nümayəndələri Naxçıvandakı sosial müəssisələrlə tanış olublar

Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üzrə Beynəlxalq Gün

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir

Silahdaşını qucağında itirən müəllim: bu gün şagirdlərinə Vətən sevgisini aşılayır VİDEO

Silahdaşını qucağında itirən müəllim: bu gün şagirdlərinə Vətən sevgisini aşılayır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Sözün baharı” Azərbaycan ədəbiyyatını dünyaya tanıdır

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNİB VİDEO

Britaniya Kralının qardaşı Endryu kirayədən ayda 2 min funt sterlinqdən çox gəlir əldə edib

Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

Surinamla ticarət, investisiya, energetika sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

® “AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər

Təhsil müəssisələrində Zəfər sevinci

Millətlər Liqası: Türkiyə yığmasının heyəti açıqlanıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

AFFA Almaniyada və ABŞ-də azərbaycanlı futbolçuları izləyir - EKSKLÜZİV

Sonuncu sərnişindən sonra: Metroda gecə növbəsinin görünməyən əməyi... - FOTOREPORTAJ

Fərid Cəfərov: “Zəfər zalı” tarixi Qələbəmizin və mədəni irsimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq

Çin və Azərbaycan 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər

Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti: İqtisadiyyat İnstitutunda elmi tədbir

Allaha yalvarırdıq ki, maşın morqa getməsin – Vətən müharibəsində yaralılara xidmət göstərmiş həkimlə MÜSAHİBƏ VİDEO

Allaha yalvarırdıq ki, maşın morqa getməsin – Vətən müharibəsində yaralılara xidmət göstərmiş həkimlə MÜSAHİBƏ VİDEO

Zaur Əliyev: “Güzgüdən keçən tarix” romanı Azərbaycanın beş minillik dövlətçilik tarixinə işıq tutur

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib - YENİLƏNİB

ATMU öz qəhrəman məzunlarını unutmur: şəhidin adı təqaüdlə əbədiləşdirilib

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yüksək neft qiymətləri tələbi azaltdıqca, bazarda yeni təklif bolluğu əlamətləri ortaya çıxır

Cəbhədən auditoriyaya: Vətən müharibəsi qazisinin müəllimlik missiyası VİDEO

Cəbhədən auditoriyaya: Vətən müharibəsi qazisinin müəllimlik missiyası VİDEO

Məktəblilər arasında esse müsabiqəsi elan edilib

“Muzeydə musiqi” layihəsi çərçivəsində Dövlət “Qaya” Ansamblının konserti

Britaniyada iş elanlarında maaşın göstərilməsi məcburi olacaq

“Biz Zəngilana qayıdacağıq” – illərlə yaşayan ümid Zəfərlə doğma yurda qayıdışa çevrildi

Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib

Xocalıda ağacəkmə aksiyası

Zəfər Günü gələcək nəsillər qarşısında böyük məsuliyyətdir - ŞƏRH

Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb - YENİLƏNİB

“Turan Tovuz”un futbolçusu Moldova yığmasına dəvət alıb

Qambiya rəsmisi: Müasir dövlət idarəçiliyi birgə fəaliyyətə əsaslanmalıdır

İradə Hüseynova: Qarabağa Böyük Qayıdış elmin də bu torpaqlara qayıdışını zəruri edir

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb

Latviya millisinin baş məşqçisi: Azərbaycan yığması təcrübəli və güclü komandalardan biridir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK VİDEO

İlqar Bayramlı: “PeşəFest”də iştirak edən peşə təhsili müəssisələrinin sayı artıb

Cibutili nazir: Dövlət xidmətlərinin transformasiyası daha səmərəli həyata keçirilməlidir

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

Futbol tarixində bu gün: Ser Aleks Ferqyuson “Mançester Yunayted”in baş məşqçisi təyin olunub

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək

Qlobal karbon tutma gücü 100 milyon ton həddinə yaxınlaşır

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib

Mehdixan Vəkilov: Səməd Vurğun Müşfiqi ömrünün axırına qədər unuda bilmədi

Esseks Universitetində Zəfər Gününün altıncı ildönümü qeyd olunub

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb VİDEO

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb VİDEO

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur

Dövlətə məxsus səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydalarının tətbiqi ilə bağlı tədbirlərin icrasını Maliyyə Nazirliyi həyata keçirəcək

Xaçmazda Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK VİDEO

Dövlət Proqramı İdarəetmə Qrupu Çinin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir

Fransada növbəti prezident seçkisində namizəd olacaq şəxs irqçiliyin təşviqində ittiham edilib

Komitə sədri: 2027-ci ilin büdcəsinə enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi kontekstində yanaşılmalıdır

Azərbaycan-Latviya oyununun hakim təyinatları açıqlanıb

BMU-da Zəfər Gününə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb

“PeşəFest-2026”ya yekun vurulub

Kosmik hava proqnozu açıqlanıb: geomaqnit qasırğası gözlənilir

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

Aktauda Zəfər Günü qeyd olunub

Vəli Quliyev: Saatlıq minimum əməkhaqqı sistemi ilkin mərhələdə aqrar sahəni əhatə edəcək

Zahid Oruc: Peşə seçimi zamanı gənclərin qarşısında geniş imkanlar açılmalıdır