İSTEHSALIN HƏCMİ ARTIR
Naxçıvan Tikinti Materialları İstehsalı ASC-nin kollektivi ilin əvvəlindən indiyədək 900 milyon manat dəyərində 19 min 400 kvadratmetr üzlük plitə, 12 min 500 poqonmetr səki daşı, 1500 kubmetr travertin blok istehsal edərək 8 aylıq proqnoza vaxtından əvvəl əməl etmişdir. Müəssisədə 60 nəfər usta və fəhlə çalışır.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaxın günlərdə burada yeni istehsal xətti işə salınacaq, bu isə 10 yeni iş yerinin açılmasına və məhsul buraxılışı həcminin artırılmasına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [19:15]
AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib
- 06.11.2026 [18:49]