İSTANBULDA TERROR AKTI
Mayın 4-də, İstanbulun mərkəzindəki Taqsım meydanında yerləşən “Mərmərə” mehmanxanasının foyesinə girən silahlı terrorçu havaya atəş açaraq, 15-dək xarici turisti girov götürmüşdür.
İstanbul polisinin xüsusi təyinatlı dəstələri və terrorla mübarizə qrupları hadisə yerinə gəlmişdir. Mehmanxana polis qüvvələri tərəfindən mühasirəyə alınmışdır. İstanbul polis departamentinin rəisi Həsən Özdəmir terrorçu ilə danışıqlar aparmışdır. Danışıqlar nəticəsində terrorçu təslim olmuşdur. Terrorçunun çeçen əslli Mustafa Yıldırım adlı şəxs olduğu bildirilir.
Bir il bundan əvvəl Türkiyədəki çeçen qrupları buna oxşar aksiya həyata keçirmiş, “Sviss otel”dəki turistləri girov götürmüşdülər. Növbəti terror aktı ilə əlaqədar cinayət işi qaldırılmışdır.
Şərhçilər yeni turizm mövsümü ərəfəsində törədilən belə hadisələrin ilk növbədə Türkiyəyə zərər verəcəyini bildirirlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankada
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [22:13]
Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub
- 05.11.2026 [21:31]
Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib
- 05.11.2026 [21:22]
Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər
- 05.11.2026 [20:42]
QUAD ölkələrinin dəniz təlimləri başlayıb
- 05.11.2026 [20:36]
Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi
- 05.11.2026 [20:15]