İspaniya radiosunda Qarabağın turizm potensialı barədə danışılıb
Bakı, 21 dekabr, AZƏRTAC
İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın məşhur “COPE Espana” radiosuna müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük işlər gördüyü, gələcəkdə buranın ciddi turizm mərkəzinə çevriləcəyi vurğulanır. İspan turistlər gələcəkdə Azərbaycanın gözəl guşələrindən olan Qarabağa dəvət edilib.
Jurnalistin Qarabağ münaqişəsi haqqında sualını cavablandıran F.Mustafayev deyib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində problem 30 ilə yaxın bir müddətdə davam edib. O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladaraq Ermənistanın beynəlxalq hüququn normalarını heçə sayıb bu sənədlərə əməl etmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan sülh tərəfdarıdır, erməni işğalçılarının sülh yolu ilə Azərbaycan torpaqlarını tərk etməsi üçün uzun illər danışıqlar prosesini davam etdirib. Amma Ermənistan danışıqlar prosesini pozaraq Azərbaycana hücum edib. Əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edib. Bununla da Azərbaycan Ordusunun nə qədər qüdrətli olduğunu bütün dünyaya göstərib.
F.Mustafayev bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işlərinə başlayıb. O, Azərbaycanın ayrılmaz tarixi ərazisi olan Qarabağın turizm potensialı barədə də geniş məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib
- 12.11.2026 [17:34]
Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir
- 11.11.2026 [12:26]
Palma zirvəsində üç gün
- 06.11.2026 [15:35]
Azərbaycan çinlilər üçün daha əlçatan olacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:38]