İsmayıllıda fındıq yığımı davam edir
İsmayıllı, 21 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda fındıq yığımı davam edir və indiyədək bağlardan 310 ton məhsul yığılıb ki, bu da ötən il toplanan ümumi məhsuldan 23 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda 2095 hektar fındıq bağı var. Hələlik bağların 80 hektarı bar verəndir. Mütəxəssislər daha 20 ton fındıq yığılacağı qənaətindədirlər. Hazırda hər yerdə, xüsusilə daha çox fındıq bağları olan Topçu, Qalınçaq kənd, İsmayıllı şəhər icra nümayəndəliklərinin ərazilərində məhsulun tezliklə, itkisiz yığılması üçün ciddi səy göstərilir.
Yığılan məhsul yerli bazarlara çıxarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]