İsmayıllıda ev yanıb VİDEO
İsmayıllı, 6 aprel, AZƏRTAC
İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Qoşakənd kəndində baş verib. Kəndin sakini, 1953-cü il təvəllüdlü Rafael Vəli oğlu Nəsibova məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşu ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı tövlə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.