İRPENDƏ TARAS ŞEVÇENKONUN ABİDƏSİNİ ZİYARƏT
Prezident İlham Əliyev əvvəlcə Ukraynanın böyük şairi Taras Şevçenkonun abidəsini ziyarət etdi. Milli geyimli qızlar dövlətimizin başçısını abidənin yanında duz-çörəklə qarşıladılar. Prezidentin xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyev böyük kobzarın abidəsinin önünə əklil qoydu.
Xatırladaq ki, Taras Şevçenkonun bu abidəsi Ukraynada yaşayan azərbaycanlı iş adamlarının İrpen şəhərinə hədiyyəsidir.
İrpenə səfər zamanı dövlətimizin başçısını Kiyev vilayəti administrasiyasının rəhbəri Anatoliy Zasuxa, şəhərin meri Vladimir Skarçenski müşayiət edirdilər.