İRANDA FACİƏLİ TƏYYARƏ QƏZASI
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, “İran eyrtur” aviaşirkətinin Tu-154 təyyarəsi sentyabrın 1-də Məşhəd şəhərinin hava limanına enərkən yanmışdır. İran televiziyasının məlumatına görə, 80-dək adam alovun içində həlak olmuşdur. İranın cənubundan, Bəndər-Abbas liman şəhərindən Məşhədə gələn təyyarədə cəmi 147 sərnişin vardı.
İSNA agentliyi xəbər verir ki, təyyarə yerli vaxtla saat 14 radələrində (Bakı vaxtı ilə saat 15.30 dəqiqə) yerə enərkən onun şassissinin təkəri dağılmış və bundan sonra maşın alova bürünmüşdür. Təyyarə uçuş-enmə zolağından xeyli kənara çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]