İRAN BENZİN SATIŞINI MƏHDUDLAŞDIRACAQ
İranın neft sənayesi naziri bildirmişdir ki, benzin idxalı sentyabrın 23-dən dayandırılacaqdır. Benzin satışına məhz nə vaxt norma qoyulacağını hökumət yaxın günlərdə həll edəcəkdir.
Dünyada ən böyük xam neft ixracçılarından biri olan İran ölkədə neftayırma müəssisələri çatışmadığından benzin idxalından asılıdır. Gündəlik tələbat 70 milyon litr olduğu halda, ölkədə cəmi 40 milyon litr benzin istehsal edilir.
İranda bir litr benzinin qiyməti 12 sentdir ki, bu da dünya qiymətlərindən xeyli aşağıdır. Avtomobillərin sayının və qonşu ölkələrə benzin qaçaqmalçılığının artması ilə əlaqədar İranda bu yanacağa böyük tələbat var. Qaçaqmalçılığa görə İran ildə 1 milyard dollardan artıq vəsait itirir. Fevralda parlament benzin idxalı üçün cəmi 2,5 milyard dollar ayırmışdır. Hökumət isə 4 milyard dollar istəmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]