İQLİMİN DƏYİŞMƏSİ PROBLEMLƏRİNƏ DAİR SEMİNAR
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarın işində bir sıra nazirliklərin, dövlət komitələrinin, qeyi-hökumət təşkilatlarının, Milli Elmlər Akademiyasının nümayəndələri iştirak etmişlər.
Seminar Kioto protokolunun müddəalarına uyğun olaraq reallaşdırılan “Təmiz inkişaf mexanizmi” layihəsi çərçivəsində keçirilmişdir. Azərbaycan həmin layihədə bu ildən iştirak edir. İki il üçün nəzərdə tutulmuş layihənin əsas məqsədi atmosferdə tullantı qazların səviyyəsinin aşağı salınmasına, iqlimin dəyişməsi və tullantı qazların ətraf mühitə və insan sağlamlığına təsirinin azadılması sahəsində milli proqramın hazırlanmasına yönəlmiş müxtəlif layihələrin gerçəkləşdirilməsinə dair institusional infrastrukturun yaradılmasına kömək etmək, habelə kompleks uyğunlaşma tədbirləri hazırlamaqdır.
Layihənin rəhbəri Albert Zvirinq və ekspert Reqina Bets seminarda çıxış edərək, gələcək fəaliyyət planını açıqlamış, müxtəlif ölkələr üçün qiymətləndirmə meyarlarından danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]