İNTERNET CƏNUB QÜTBÜNÜ DƏ ƏHATƏ EDƏCƏKDİR
İnternet Cənub qütbünədək gedib çatacaqdır. Dünyada ən mürəkkəb mühəndislik layihələrindən birinin həyata keçirilməsi nəticəsində Antarktida ilə etibarlı rabitə yaranacaqdır. Buz məkanına uzunluğu 1600 kilometrdən artıq olan optik lif kabeli çəkilməsi barədə qərar qəbul edilmişdir.
Qlobal layihəyə Amerika Milli Elmi Fondu başçılıq edir. Fond maraqlı olan bütün şirkətlərə müraciət edərək, onları bu inqilabi layihədə iştirak etməyə çağırmışdır. Layihə planetin kommunikasiya baxımından çətin olan bu rayonunu, ilk növbədə, Fransanın “Konkordiya” qütb stansiyasını dünyanın qalan hissəsi ilə birləşdirəcək, Antarktidada aparılan təcrübələri çox uzaq məsafədən müşahidə və idarə etməyə imkan verəcəkdir.
İTAR-TASS xəbər verir ki, mütəxəssislərin fikrincə, dəyəri 250 milyon dollar məbləğində olan bu layihənin əsas çətinliyi kabeli sürəti ildə bir neçə metr olan buzun hərəkətinə uyğunlaşdırmaqdan ibarətdir. Bununla belə, alimlər hesab edirlər ki, bütün çətinlikləri aradan qaldırmaq mümkündür və layihə 2009-cu ildə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [13:25]
Çexiya ordusunun peşəkar hərbçilərinin sayı 38 min nəfərə çatdırılacaq
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]