İNSAN MƏDƏSİ NEÇƏ MİN DOLLAR TUTA BİLƏR?
Yerli polis rəisi bildirmişdir ki, 20 yaşlı tələbə Con Çilito mədəsində 47,5 min dollar keçirməyə çalışarkən həbs edilmişdir. Tələbənin baqajına baxılarkən o, bərk əsəbiləşməyə başlamış və bu, təcrübəli gömrükçülərin nəzərindən yayınmamışdır. Odur ki, Çilito daha ətraflı yoxlamadan keçirilmiş və qərəzsiz rentgen aparatı Kolumbiya vətəndaşının mədəsində nə az, nə çox, 80 ədəd kiçik lateks paket olduğunu göstərmişdir. Bu paketlərdən 50 və 100 dollarlıq əskinaslar çıxarılmışdır.
Sonra məlum olmuşdur ki, Çilito bu yükü Kolumbiya narkobiznesi liderlərindən birinin tapşırığı ilə aparırmış. Biçarəyə isə bunun əvəzində cəmi 800 dollar vəd edilibmiş.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
® ABB DAVR-a lisenziya verildi
- [10:48]
Qarakənd faciəsindən 35 il ötür
- [08:00]