İngiltərənin liman şəhərində gəmidə yanğın baş verib
London, 27 iyun, AZƏRTAC
İngiltərənin Hull şəhərində limanda yanğın baş verib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Albert Dock” limanında lövbər salmış gəmidə alovun söndürülməsi üzrə əməliyyata başlanıb. Hadisə yerinə dörd yanğınsöndürən maşın, bir hava platforması, Hull Sahil Mühafizəsi və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın yerli vaxtla saat 10:22-də qeydə alınıb.
Xidmətin sözçüsünün bildirdiyinə görə, yanğın metallom daşıyan gəminin yük anbarında başlayıb. Gəmidə insanlar olub, lakin onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib və hazırda heç bir itki qeydə alınmayıb. Ətraf ərazilərdə yaşayan sakinlərə və biznes sahiblərinə pəncərə və qapılarını bağlı saxlamaq tövsiyə olunub. Şəhər mərkəzi boyunca qalxan sıx tüstü müşahidə olunur, bəzi mağazalar və yollar müvəqqəti olaraq bağlanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]