İmişlidə yol qəzası baş verib, xəsarət alanlar var
İmişli, 6 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində İmişliyə giriş yolunun Soltanmuradlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Camalov Nazim Sadıq oğlunun idarə etdiyi “Qaz-3110” və Məmmədov Xəyal Xeyrulla oğlunun idarə etdiyi “Mercedes 190” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişinlər, Rəhimov Fəxrəddin Şafa oğlu, Camalova Alamara Sadiq qızı, Camalova Turfan Mahmud qızı, Dədəliyeva Səbinə Aydın qızı, Cavadov Sadiq Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:15]
Növbəti köç Xocavəndə çatıb
- 17.11.2026 [13:10]
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
- 17.11.2026 [11:34]
Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- 17.11.2026 [11:32]
Xocalıda yeni tut bağları salınıb FOTOLAR
- 17.11.2026 [11:10]
Ordubadda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb
- 17.11.2026 [10:18]
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Növbəti köç Xocavəndə çatıb
- [13:15]
Sabahın hava proqnozu açıqlanıb
- [12:14]
Milli iradənin tarix yazdığı gün
- [08:00]