İmişlidə ağacəkmə aksiyası keçirilib
İmişli, 20 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əlaqədar YAP İmişli rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyada partiya üzvləri, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər xiyabanında 500 ədəd dekorativ gül kolu və ağac əkilib. Yeni əkilən tinglərə qulluq göstərilib.