“İLK YARDIM” PROQRAMI HƏYATA KEÇİRİLİR
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, “İlk yardım” proqramının əsas məqsədi ekstremal şəraitlərdə, bədbəxt hadisələr zamanı insanların həyatını xilas etməkdən ibarətdir.
1996-cı ildən fəaliyyət göstərən “İlk yardım” kurslarını 15.700 nəfər keçmişdir. 2004-cü ildə daha 6.000 nəfərə “İlk yardım” təlimatının keçilməsi nəzərdə tutulmuşdur.
Tədris Avropa İlk Yardım Mərkəzi tərəfindən təsdiq olunmuş sistem üzrə həyata keçirilir.
Hazırda cəmiyyətin 7 regional mərkəzinin hər birində ilk yardım təlimatçısı fəaliyyət göstərir.