İlk qarın intizarında
Bakı, 10 yanvar, AZƏRTAC
Deyirlər ki, qar yağacaq...
Neçə gündür ki, sinoptiklər bu barədə proqnoz verir, xəbər saytları, efir dalğaları həmin xəbərdarlıqları yayırlar.
AZƏRTAC da Milli Hidrometeorologiya Xidmətinin havanın dəyişəcəyi barədə məlumatlarını əhaliyə çatdırıb. Küçələrdə vıyıldayan külək, havada uçuşan yarpaqlar, üz-gözümüzə sığal çəkən sazaq da bundan xəbər verir.
Əslində burda qeyri-adi heç nə yoxdur - yaz gül-çiçəyi, yay yandırıb-yaxan günəşi, payız tökülən yarpaqları, qış isə yağan qarı ilə gözəldir.
Yağacaqsa bu, ilin ilk qarı olacaq. İlk olan şey həmişə gözəldir - ilk addım, ilk görüş, ilk məhəbbət kimi.
Deyirlər ki, qar yağacaq... Zəfər qarı. Öz yerinə-yurduna dönənlər üçün Vətən qarı, doğma torpağa ələnən bolluq-bərəkət qarı.
Nə gözəl! Yağacaqsa qoy yağsın. Qarsız qışın nə ləzzəti? Qoy dünyaya bolluq-bərəkət ələsin, təbiətə təmizlik gətirsin, ağaclara ağ qumaşdan don biçsin, uşaqları sevindirsin, havadakı mikrobları öldürsün, eybi yox, lap kürəyimizdə qartopu göynərtisi də hiss edək...
Bakı ilk qarın intizarındadır...
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [12:47]
Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO
- 18.11.2026 [12:26]
Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək VİDEO
- 18.11.2026 [11:46]
Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub
- 18.11.2026 [11:31]