Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyevin sirri

İlham Əliyevin sirri

Bakı, 29 sentyabr, AZƏRTAC

İlham Əliyev tarix yaradır, tarix yazır, coğrafiyamızın, milli taleyimizin səmtini müəyyən edən strateji qərarlar qəbul edir.

Bu fikirlər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış

Həsənoğlunun “İlham Əliyevin sirri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

2023-cü il ildönümləri və fövqəladə günlərlə zəngindir:

Dahi Öndərimizin 100 illiyi!

Şərqdə ilk Cümhuriyyətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105, Türkiyə Xalq Cümhuriyyətinin elan edilməsindən 100 il ötür.

Düz 30 ildir ki, Heydər Əliyevin siyasi kursu qurtuluşçuluq missiyası, müstəqil dövlətçilik platforması kimi uğurla irəliləyir.

2023 - “Heydər Əliyev İli” tariximizə unikal töhfələr verir.

Aprelin 23-ü Həkəri çayının üstündə “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.

Sentyabrın 20-si erməni silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüləri 23 saat ərzində ləğv edildi və konstitusiya quruluşumuzun bərpası yekunlaşdı.

Bu il həm də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməyinin 20 ili tamam olur.

“Heydər Əliyev İli”ndə İlham Əliyevdən söz açmağın xüsusi yeri var.

Həm də bu mövzuya bir əşədü ehtiyac duyulur.

Çünki İlham Əliyev Heydər Əliyevin bir ömür həsr etdiyi mübarizənin, milli mücadilənin davamıdır…

“İlham Əliyevin istənilən vəziyyətdə, fərqli auditoriyalar qarşısında, müxtəlif tribunalarda həmişə korrekt, sərrast formada olmağının sirri nədir?” - İyulun 22-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezidentin çıxışını müzakirə edərkən bir həmkarımız məndən soruşmuşdu.

Peşə fəaliyyətim və vətəndaş öhdəliyimdən irəli gələn bir diqqətlə onun fəaliyyətini izləyirəm. Hər müsahibədən sonra ağlımdan yalnız bir fikir keçir: Prezidentin ən mükəmməl müsahibəsidir. Amma bu qənaətimin ömrü çox qısa olur - Prezidentin növbəti müsahibəsinə qədər. Növbəti müsahibədən sonra eynisini düşünürəm: Bu, Prezidentin ən mükəmməl söhbətidir.

Onun fəaliyyətində qeyri-adi ardıcıllıq, dərhal nəzərəçarpan bir artım var. Bu dinamikanın əsasında nələr dayanır?

Dövlətin ali məqamından qaynaqlanan məsuliyyət, özünə qarşı həddindən artıq tələbkarlıq, öz üzərində işləmək vərdişi, təcrübə, intellekt, gendən, fitrətdən gələn keyfiyyətlər, yoxsa nə?

Məncə, İlham Əliyevin hətta ən ekstremal şəraitlərdə belə mükəmməl davranmağının sirri nədir sualına ən dəqiq cavabı cənab Prezidentin özü verir: “İradə, cəsarət, öz gücünə əminlik!”

İlham Əliyev ölkənin Birincisidir. Bütün hallarda dövlətin adından çıxış edir. Prezident ölkənin ən informasiyalı şəxsidir.

Təbii ki, çıxışlarında və bəyanatlarında səhih məlumatlara istinad edir. Prezident xalqını təmsil etdiyi üçün hər addımında Azərbaycan xalqının hissiyyatını ifadə edir. Amma Prezidentin hər cür ifadə tərzinin arxasında böyük bir zəkanın dayandığı bütün parametrləri ilə özünü büruzə verir. Hətta ən dramatik, ən həssas məsələləri elə təqdim edir, elə həll edir ki, kimsənin onu mübahisələndirmək şansı qalmır.

Ötən il Şuşada Şuşa Bəyannaməsinin ildönümü keçirilirdi. Türkiyədən gələn qonaqlar sırasında Efqan Ala da vardı. Efqan bəy AK partinin sədr müavinidir. Zamanında Türkiyənin daxili işlər naziri olaraq çalışıb. Həmin gün - Qurtuluş Günündə təşkil edilmiş tədbirdə onun parlaq çıxışı mənim hafizəmə həmişəlik həkk olundu. Efqan bəy nitqində dedi ki, Şuşada olarkən bilmirsən Şuşa şəhərmi, yoxsa şeirmi? Şuşada olarkən sanki bir möhtəşəm şeirin misraları arasında gəzişirsən.

Türk qardaşımız haqlıdır. Şuşa gərçəkdən bir poeziya örnəyidir. Ancaq bədii istedadla yazılan poeziya mətni deyil. Bu gün işğaldan azad edilmiş Şuşa İlham Əliyevin hərbi-siyasi qüdrəti ilə qələmə alınmış bir şeirdir. Həm də təkcə Şuşa yox, bütün “külli Qarabağ” böyük istedadla yaranmış bir hərbi-siyasi kompozisiyadır. Bizim bədii istedadla ərsəyə gətirilmiş poeziya nümunələrimiz çoxdur, amma bizim tariximiz uzun əsrlərdir ki, siyasi-hərbi poeziya nümunəsinə - Qələbəyə, Zəfərə təşnə idi.

İlham Əliyev Azərbaycan tarixinə müstəsnaların, ilklərin müəllifi kimi daxil olur. Hər il, hər ay, hər gün yeni bir ilkə imza atır. 2023-cü il də bu baxımdan istisna olmadı. 23 aprel İlham Əliyevin imzası ilə tarixə böyük və qızıl hərflərlə yazıldı. Prezidentin özünün dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

Həm də necə?

Uzun illər boyu bizi bölüb parçalayıb kiçildiblər. Özü də bizdən soruşmadan, iradəmizi nəzərə almadan sərhədlərimizi cızıblar. Arazda ikiyə ayırıblar, İrəvanda, Zəngəzurda param-parça ediblər. Həm də bizdən heç nəyi soruşmadan. 2023-cü il aprelin 23-də Həkəri çayının üstündə qoyulan “Laçın” sərhəd-buraxılış məntəqəsi bizim ilk özəl dövlət sərhədimizdir. Son bir necə əsrdə ilk dəfədir ki, sərhədimizi özümüz müəyyən edirik. Bu, dövlət olmağın qürurudur. Lider olmağın təsdiqidir.

Laçın günlərimizin dönüşünü müjdə verən bir tarixdir.

23 saatlıq antiterror tədbirləri 200 illik separatizmin sonunu gətirdi. Hər şey 100 il əvvəl sentyabrın 18-də baş vermişdi. Onda Xankəndinin adını Stepanakertlə əvəzləmişdilər. Hər şey 2023-cü ilin 23 aprelində və sentyabrın 19-da bitdi. Biz Xankəndi adına de-yure və de-fakto sahibləndik.

Hazırda Azərbaycan dövlətçiliyi özünün laçın dövrünü yaşayır. Zəfərimizi həzm edə bilməyənlər baxa-baxa qalıblar. Laçın postundakı mənzərəni yalnız binoklla seyr edib məyus-məyus geri qayıtdıqları kimi.

Dünyanın sifəti çönüb. Avropa heyrət və təəccüb içindədir. Bədxahlarımızın gözü bərəlib.

2002-ci ildə “Yeni Azərbaycan” qəzeti İlham Əliyevin ABŞ səfərinə həsr edilmiş xüsusi buraxılış çap etdi.

Dərgimiz Ulu Öndərin çox xoşuna gəlmişdi.

Onda məndən soruşdu ki, sən onun (İlham Əliyevin) Cons Hopkins Universitetindəki çıxışına və suallara verdiyi cavablara qulaq asdın?

- “Əlbəttə ki, bəli, qulaq asdım”, - dedim.

Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi:

- Oğlum olduğu üçün demirəm, amma etiraf edim ki, mən Heydər Əliyev o suallara o cür mükəmməl və o cür dəqiq cavablar verə bilməzdim...

Bu, bir atanın öz övladına verdiyi dəyər deyildi, bir Ustad siyasətçinin, azman dövlət adamının İlham Əliyevin dəyanətinə verdiyi qiymət idi.

Doğrusu, mən o vaxt Ulu Öndərimizin elə deməyinə bir qədər təəccüblənmişdim.

İndi İlham Əliyev bütün dünyanı təəccübləndirir, heyrətləndirir... və Azərbaycanla hesablaşmağa məcbur edir!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qvineya 2040-cı ilədək dövlət xidmətlərini “ASAN xidmət” modeli əsasında modernləşdirməyi hədəfləyir

Fransalı basketbolçu NBA-da iki şəxsi rekordunu yeniləyib

Nazir: Vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır

Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı 40-a çatıb

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəlir

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

Mərkəzi Bank “Binance” şirkəti ilə real aktivlərin tokenləşdirilməsi imkanlarını müzakirə edib

® Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib

Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib

Azərbaycanın Zəfər Günü İsraildə qeyd olunub

Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir

Fransa 2026-cı ilin büdcəsində 3,8 milyard avroluq vəsaiti ləğv edir

Səudiyyə Ərəbistanı mediasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Nazir müavini: Əhalimizin real gəlirləri 3,7 faiz artıb

ABŞ-nin neft ehtiyatları azalır

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib

Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin

Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Fransa bankına kiberhücum: 133 milyon dollardan çox vəsaitin mənimsənildiyi bildirilir

Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib

Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin maliyyələşdirilməsinə 9,2 milyard manat vəsait nəzərdə tutulub

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub VİDEO

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub VİDEO

“Zəfər veloyürüşü”: Azərbaycan könüllüləri tarixi Qələbəni qürurla qeyd ediblər

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir

“Nərimanov” metro stansiyasında Qarabağın dirçəlişinə həsr olunan fotosərgi açılıb

DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxladı

Seulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

2027-ci ildə əmək pensiyaları 7,5 faiz səviyyəsində indeksləşdiriləcək

2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Akademik Rafael Hüseynov: Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcıdır

® “Birbank Biznes”dən mikro biznes krediti üzrə 5 faizədək endirim kampaniyası

Xocalı sakini Rafiq Zamanov: Doğma kəndimə, öz evimə qayıtdığım üçün xoşbəxtəm

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılır

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq VİDEO

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq VİDEO

Rövşən Məmmədov: Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır

Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb

Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb VİDEO

Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb VİDEO

Anar Əliyev: 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər 9,2 faiz çox olacaq

Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Fransada ümummilli tətil və etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunub

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

Deputat: Yoxsulluq səviyyəsini qorumaq əsas vəzifələrdən biridir

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 noyabr

Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün yeni “Yaşıl kredit” məhsulunu təqdim edib

Zəfər Günü ərəfəsində Laçında şəhid ailələri ziyarət edilib

Nazir: Akvakultura sahəsində məhsul ixracının artırılması nəzərdə tutulur

Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir

Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb

Azərbaycançılıq ideologiyası Azərbaycan milli dövlətçiliyinin tarixi ilə də sıx bağlıdır – ŞƏRH

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda konfrans işə başlayıb

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Komitə sədri: 2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır

Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

Pakistanlı nazir: “ASAN xidmət” modeli dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

Nazirlik: 500-dən çox müharibə əlili yüksəktexnologiyalı protezlərlə təmin edilib

® “Rabitəbank” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Seçmə mərhələ: Azərbaycan basketbol millisinin ev oyunlarına biletlər satışa çıxarılıb

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək - ARAŞDIRMA

Rolf Alter: Gələcək çağırışları müəyyənləşdirən mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarında əlavə qatar reysləri həyata keçiriləcək

“Zəfərin toponimik izləri”: azad olunmuş torpaqların coğrafi adları araşdırılır

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya - ŞƏRH

Bərdədə toxum-sərgi satış yarmarkası olub

Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı qlobal dialoq platforması kimi: Azərbaycanın artan fəallığı və xarici siyasət uğurları - ŞƏRH

Rania Al-Mashat: “ASAN xidmət” modeli digər ölkələr üçün də nümunədir

Natiq Məmmədli: Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük sınaqdan keçib

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi anılıb

Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır

Adriana Alberti: Dövlət institutları müasir çağırışlara uyğunlaşmalı və ictimai etimadı qorumalıdır

Milli Kitabxanada 6 Noyabr - Televiziya və Radio Gününə həsr olunmuş sərgi açılıb

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub? – statistika

Məcnun Məmmədov: Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fransanın şəhərlərində etiraz nümayişləri və tətillər başlayır

Cüdo üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçiriləcək

Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb VİDEO

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb VİDEO

Ötən gün 64 cinayətin açılması təmin olunub

Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir VİDEO

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir VİDEO

Qızılın qiymətində artım davam edir