Azərbaycan Dövlət İnformasiya Agentliyi

İLHAM ƏLİYEVİN ETİMAD KREDİTİ ÇOX BÖYÜKDÜR

“Vaxtilə Heydər Əliyev əsas funksiyanı yerinə yetirmişdir - dövlətçiliyi yaratmış və möhkəmləndirmişdir. İlham Əliyev öz Prezidentliyinin birinci müddətində ölkənin geoiqtisadi amilini irəlilətmək üçün əsas işi görmüşdür. Tam əminliklə demək olar ki, gələcəkdə o, ölkənin hərtərəfli modernləşdirilməsinə yönəlmiş tədbirlər kompleksini tam həcmdə həyata keçirəcəkdir”.

Ramiz Mehdiyev

                                             “Gələcəyin strategiyasını müəyyənləşdirərkən:

                                               modernləşmə xətti”

                                              (“Azərbaycan” qəzeti, 16 yanvar 2008-ci il).

Azərbaycanda qarşıdakı prezident seçkilərinin əvvəllər keçirilmiş seçkilərdən əsas fərqi ayrı-ayrı namizədlər arasında deyil, ölkənin gələcəyinə baxışlar arasında mübarizədən ibarət olacaqdır.

İstər yerli, istərsə də əcnəbi təhlilçilərin fikrincə, qarşıdakı prezident seçkilərinin şəksiz favoriti İlham Əliyev olacaq, çünki o, xalqa nə təklif edəcəyini bilir, “iqtidar seçkilərə yeni, sanballı siyasi, iqtisadi və sosial təkliflər ehtiyatı ilə gedir”.

Bir daha xatırlatmaq yerinə düşər ki, indiki Prezident özünün seçkiqabağı proqramında xalqa verdiyi bütün vədləri yerinə yetirmişdir, ona görə də deyə bilərik ki, qarşıdakı seçkilərdə onun qalib gəlmək şansı çox yüksəkdir.

Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova hesab edir ki, hazırda Prezident İlham Əliyev Azərbaycanı çox yüksək nailiyyətlərə qovuşdurur və onun yeritdiyi siyasi və iqtisadi xəttin bəhrələri göz qabağındadır. S.Orlova əmindir ki, İlham Əliyevin siyasi xəttinin varisliyi qorunub saxlanılarsa, Azərbaycanı çox yaxşı gələcək gözləyir.

Britaniyada çıxan nüfuzlu “Financial Times” qəzetində ölkəmiz haqqında dərc edilən silsilə məqalələrin müəllifləri də bu fikirdədirlər. Onlar İlham Əliyevin Prezident olduğu illərdə Azərbaycanın qazandığı uğurları sadalayıb qiymətləndirərək bu qənaətə gəlirlər ki, 2008-ci ildə keçiriləcək seçkilərdə onun qalib gələcəyinə şübhə yoxdur.

Qəzet yazır: “Moskvada təhsil almış, ingilis dilində (biz isə əlavə edək ki, Azərbaycan və rus dilləri öz yerində, fransız, türk dillərində də) sərbəst danışan, qərbyönümlü islahatlara sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində qələbə qazanacağına şübhə edənlərin sayı çox azdır. Zəif vəziyyətdə olan müxalifətin isə onun prezident seçilməsi yolunda hər hansı problem yaradacağı gözlənilmir. Azərbaycan cəmiyyətində dəstəyi olmayan müxalifət təcrid edilmiş vəziyyətdə qalmışdır”.

Hazırda müxalifət, həqiqətən, xalqın nəzərində nüfuzunu itirmişdir, çünki nüfuz siyasi iddialarla deyil, gündəlik gərgin işlə qazanılır. Elə həmin iddialar müxalifət liderlərinin birləşməsinə imkan verməyəcəkdir.

Əlbəttə, istənilən demokratik dövlətdə müxalifət olmalıdır, lakin söhbət hökumət orqanlarının işini təshih edən, yeni təkliflərlə, işə yaradıcı yanaşmalarla hökumətə kömək edən konstruktiv müxalifətdən gedir.

Lakin S.Orlovanın dediyi kimi, əgər müxalifət kənardan maliyyələşdirilirsə və “ölkəni dağıtmağa çalışırsa, bu, artıq vəziyyətin sabitliyini pozmaq məqsədi güdən, öz ağalarının maraqlarına xidmət edən qeyri-konstruktiv müxalifətdir”.

Demokratik şəraitdə keçirilmiş əvvəlki prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanmışdır. O vaxt ölkəmiz demokratiya sınağından uğurla çıxdı, hətta seçicilərin barmaq izlərinin götürülməsi proseduruna da icazə verildi. Bütün bunların yeganə məqsədi o idi ki, səsvermə prosesinin demokratik olmasına heç kəs zərrə qədər də şübhə etməsin. Lakin vaxt keçir, amma müxalifət öz siqlətini dəyişmir, hər növbəti seçkilərdən sonra guya onların saxtalaşdırıldığı barədə tamamilə əsassız bəyanatlar səslənir.

Milli Məclisin İnsan hüquqları üzrə daimi komissiyasının sədri Rəbiyyət Aslanovanın fikrincə, “bütün bunlar müxalifətin uydurmalarıdır. Azərbaycanda sabitliyin pozulması dövrü artıq çoxdan keçmişə qovuşmuşdur. Bizim vətəndaşlar seçkilərdə öz iradələrini qanuna uyğun olaraq ifadə edirlər. Bugünkü seçicilər 5-6 il bundan əvvəlki seçicilər deyil, onlar siyasi hadisələrin mahiyyətini düzgün başa düşürlər”.

Məlum olduğu kimi, ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan Fond Azərbaycan Prezidenti İlham Əliyevi “2007-ci ilin adamı” elan etmişdir. Xatırladaq ki, “İlin adamı” mükafatı təsis ediləndən bəri Azərbaycanın həyatında çox böyük rol oynamış insanlar həmin mükafatın laureatı adına layiq görülmüşlər. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “İlin adamı” elan olunması ölkəmizin dünyada mövqelərinin möhkəmləndirilməsi, səriştəli və tarazlı xarici siyasət yeridilməsi, Azərbaycan vətəndaşlarının maddi rifahının yaxşılaşdırlması, döyüş qabiliyyətli ordu quruculuğu istiqamətində onun gördüyü böyük işə verilən layiqli qiymətdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratiya üçün daha bir imtahan olacaq və ölkəmiz bu imtahandan üzüağ çıxacaqdır. “İnanıram ki, bu mübarizədə Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev şəksiz üstünlüyə malik olacaqdır. Əminəm ki, o, qarşıdakı seçkilərdə rəqiblərinin hamısını xeyli üstələyərək qalib gələcəkdir”.

YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, hakim partiya seçkilərə hazırlıq üçün hələ 2007-ci ildə öz səylərini fəallaşdırmışdır. “Əsas məsələ budur ki, biz seçkilərə dəqiq və aydın proqramla gedirik. Axı, İlham Əliyev Prezident olduğu bütün müddətdə özünü göstərə bilmişdir.

Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazda liderdir. Biz ölkəmizin həm xarici, həm də daxili siyasətində uğurlar qazanmışıq. Əminik ki, seçicilər bu faktları nəzərə alacaq və yenə İlham Əliyevə səs verəcəklər”.

Bəzi partiyalar, məsələn, “Vəhdət” və “Ana Vətən” partiyaları artıq bəyan etmişlər ki, onlar qarşıdan gələn seçkilərdə indiki Prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə hazırlaşırlar. Siyasi partiyalar arasında hələ qəti qərara gəlməyənlər də var, bəziləri Seçki Məcəlləsinin müəyyən müddəalarından narazıdır və ona dəyişikliklər olunmasını tələb edirlər.

Rəbiyyət Aslanova “1-st News” üçün verdiyi müsahibədə bildirir ki, əslində, həmin sənəd tamamilə demokratikdir. “Hazırda qüvvədə olan Seçki Məcəlləsini hazırlayarkən biz onun layihəsini Avropanın ən nüfuzlu təşkilatları ilə müzakirə etmişik, onların rəylərini və tövsiyələrini nəzərə almışıq. Bu Məcəllə əsasında parlament və bələdiyyə seçkiləri keçirilmişdir, indi də prezident seçkilərinə hazırlaşırıq. Bir sözlə, bu, kifayət qədər mükəmməl sənəddir”. Rəbiyyət Aslanova deyir ki, müxalifət hələ də köhnə, vaxtı keçmiş təsəvvürlərin və iş metodlarının əsarətindən xilas ola bilmir.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin fikrincə, indi Azərbaycan özünün yetkinlik imtahanının yeni mərhələsinə yaxınlaşır.

R.Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı məqaləsində deyilir: “Son illərdə təkcə meqapolisin deyil, bölgələrin də siması ciddi şəkildə dəyişmişdir. İctimai şüur postmodernist meyilləri latent şəkildə transformasiya edir və sonrakı illərdə bu meyillər gələcəyin strategiyasını müəyyən edəcəkdir. Lakin İlham Əliyevin daxili və xarici siyasət sahəsində fəaliyyətini hələ ciddi şəkildə və qərəzsizliklə qiymətləndirmək lazımdır. İndi bunu etmək çətin deyil, hərçənd bəzən səslənən tənqidlər real təhlil aparmağa mane olur. Lakin növbəti beş il üçün Prezident İlham Əliyevin fəaliyyətinin gündəliyi artıq indidən aydındır”.

Qarşıdan seçkilər gəlir. Özümüz üçün, ölkəmiz üçün hansı gələcəyi seçməyimiz yalnız bizdən asılıdır. Sağlam düşüncə deyir ki, suveren milli dövlətdə yaşayan, özünün milli inkişaf strategiyasını müəyyən etmək imkanına malik olan müdrik xalqımız düzgün yol - modernləşmə yolunu seçəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb - SƏRƏNCAM

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kodlaşdırma işlərini yerinə yetirmək üçün əvvəlki qədər çox IT mütəxəssisinə ehtiyac qalmır

Vüqar Gülməmmədov: Bütün büdcə prosesi vahid hüquqi sənəddə təsbit edilməlidir

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Arif Əsədov: Düşünürəm ki, Ayxan Abbasovla müqavilənin müddəti uzadılmalıdır

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qubada keçiriləcək VI beynəlxalq elmi konfrans regionlarda ali təhsilin inkişafına həsr olunacaq

Mərkəzi Bankın sədri: Məzənnə 2027-ci ildə də makroiqtisadi sabitliyin əsas dayağı olacaq

COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür

AzTU-da tələbələrin akademik inkişaf imkanları təhlil edilib

Nazir: Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar konservativ yanaşma əsasında hazırlanıb

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

“Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı olub

® “Birbank” hərbçilər üçün nağd kreditdə 5 faizədək güzəşt təqdim edir

2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq

Bellinqem İngiltərə millisinin tarixinə düşüb

Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

Bakıda sabah hava əsasən yağmursuz keçəcək, rayonların dağlıq ərazilərində qar yağacaq VİDEO

Bakıda sabah hava əsasən yağmursuz keçəcək, rayonların dağlıq ərazilərində qar yağacaq VİDEO

Nazir: Yeni artım mənbələrinə keçid qaçılmazdır

İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb

Taleh Kazımov: Dollarlaşma səviyyəsi tarixi minimuma, Mərkəzi Bankın ehtiyatları isə maksimuma çatıb

Londonda təhsil aldı, Qarabağda müəllim kimi fəaliyyətə başladı - MÜSAHİBƏ

® ABB ölkəmizdə insan kapitalını araşdırıb

Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada

Taleh Kazımov: 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımının 2,3 faiz olacağı gözlənilir VİDEO

Taleh Kazımov: 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımının 2,3 faiz olacağı gözlənilir VİDEO

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru: Qubada CTF yarışı keçiriləcək

Xalq artisti Sabir Məmmədov: “Kamança 20/20” keçmişlə bu gün arasında bədii körpü yaradır

Nazir: Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb

Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır VİDEO

Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır VİDEO

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücünün narkotik vasitə aludəçisi olduğu aşkarlanıb VİDEO

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücünün narkotik vasitə aludəçisi olduğu aşkarlanıb VİDEO

Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib

“Gənclik 360 Platforması” layihəsi çərçivəsində 200 gənc maarifləndirici görüşlərə cəlb olunub

Azərbaycanda büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu bu sektorun vergiləri hesabına formalaşır

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

Azərbaycan-Böyük Britaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Ankarada Türk Dövlətləri Mədəniyyətlər Parkındakı “Azərbaycan Evi” böyük maraqla qarşılanıb

Azərbaycan Lissabondakı “Web Summit 2026”da milli pavilyonla təmsil olunub

AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir

Neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir

Numan Kurtulmuş: Heç bir ölkə Paris İqlim Sazişindən irəli gələn öhdəliklərdən yayına bilməz

Səfir: SOCAR Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilinə dəstək göstərir

Türk filosofdan tələbələrə ustad dərsi: Dezinformasiyanı necə müəyyənləşdirməli?

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq

Mikayıl Cabbarov: Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir

Murat Kurum: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı COP31-də bir daha nümayiş etdirildi -  MÜSAHİBƏ  VİDEO

Murat Kurum: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı COP31-də bir daha nümayiş etdirildi - MÜSAHİBƏ VİDEO

Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq

COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir

Bu saata olan əsas xəbərlər

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır VİDEO

Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır VİDEO

Maliyyə naziri: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur

Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir

Zaqreb Qran-Prisinin qalibi: Finalda alman cüdoçudan komanda yoldaşımın qisasını aldım - MÜSAHİBƏ

Fransada dövlət qulluqçularının həmkarlar ittifaqı noyabrın 17-də tətilə qoşulacaq

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO

Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO

David Qurgenidze: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir

Yarpağı xurma, meyvəsi çiyələk, dadı tut – Lənkəranda qeyri-adi ağac diqqət çəkib

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb

İdris İsayev: Hazırda 1100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycanda ali təhsil alır

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib

Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq

“Morgan Stanley” qlobal səhmlər üzrə investisiya mövqeyini artırıb

AzTU-da əcnəbi tələbələrlə görüş olub

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir VİDEO

Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir VİDEO

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Yuxusuzluğun aradan qaldırılmasında xalq təbabətində istifadə olunan bitkilər

“Anthropic”in IPO-su süni intellekt sektoru üçün mühüm sınaq olacaq

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb

İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Becni qalası

“Sea Breeze”də “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib

Bölgə kitabxanalarının əməkdaşları rəqəmsal yeniliklər və elektron resurslarla tanış edilib

Misir Aralıq dənizindəki yeni qaz yatağında hasilata başlayıb

Parisdə və ətraf ərazilərdə təhsil müəssisələrinin yaxınlığında aksiyalar qadağan edilib

İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

MDU-da elmi fəaliyyət stimullaşdırılır: 100-ə yaxın əməkdaş mükafatlandırılıb

“Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər

Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq” VİDEO

Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq” VİDEO

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO

Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir VİDEO