Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki əsrə sığmayan 20 il

İki əsrə sığmayan 20 il

Bakı, 31 oktyabr, AZƏRTAC

“Müstəqilliyimizin son 20 ili ərazi bütövlüyü, dövlət suverenliyinin bərpası, iqtisadi dirçəliş uğrunda mübarizələrlə zəngin, misilsiz fədakarlıq və yüksəliş dönəmidir. Son 20 il Azərbaycanın ikiəsrlik “Qordi düyünü”nün çözüm tarixidir. Lələtəpədən Xankəndiyədək uzanan Zəfər yolunu tale və tarix kəhkəşanımızın “Ağ yol”una, “Süd yolu”na, “Məkkə yolu”na da bənzətmək olar. Millətimizin məğlubiyyət sindromundan, miskinlik kompleksindən xilas edilərək Zəfər yoluna qədəm qoyması Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin titanik əməyinin, böyük zəhmətinin və fədakarlığının bəhrəsidir.

İyirmi il əvvəl Ümummilli Lider prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünün siyasi varisi İlham Əliyevi dəstəkləyərək bəyan edirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, professor Asif Rüstəmli deyib. O bildirib ki, yeni seçilmiş dövlət başçısının qarşısında dayanan ən çətin və ağrılı problemlərdən biri Ermənistanın təcavüzü nəticəsində öz evindən-ocağından qaçqın, məcburi köçkün düşmüş yüz minlərlə insanların dözülməz yaşam tərzinə, məhdud sosial imkanlara malik çadır düşərgələrindən yeni salınmış qəsəbələrə, şəhərciklərə köçürüb rahat şəraiti olan müasir evlər, mənzillər ilə təmin etməkdən ibarət idi.

“Doğrudur, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev müvafiq addımlar atmış, onun Fərmanı ilə qaçqın və köçkün qəsəbələrinin salınması üçün 70 milyon ABŞ dolları vəsait ayrılmışdı. Sonrakı quruculuq illərində qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitini yaxşılaşdırmaq üçün ayrılmış vəsaitlərin həcmi qat-qat artırıldı. İlk növbədə, Biləsuvar rayonunda 19 min nəfərə yaxın qaçqını və məcburi köçkünü əhatə edən beş çadır düşərgəsi ləğv edildi. Ardınca Bərdə, Ağcabədi, Sabirabad, Saatlı rayonlarında tikilmiş qaçqın düşərgələri fəaliyyətlərini dayandırdı. Qaçqın və məcburi köçkün ailələri Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında yeni yaşayış kompleksində təmirli binalarda məskunlaşdılar. Horadiz şəhəri, Şıxarx, Cocuq Mərcanlı qəsəbələrində soydaşlarımız üçün müasir infrastruktur yaradıldı, iş yerləri açıldı”, - deyə alim əlavə edib.

Xalqımız üçün hər zaman həssas olan qaçqın və məcburi köçkünlər probleminin Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə prioritet məsələlər sırasında dayandığını vurğulayan A.Rüstəmli bildirib ki, qaçqın soydaşlarımıza dövlət səviyyəsində qayğının artırılması torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində dövlət başçısının apardığı siyasəti ikinci plana keçirmirdi. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində dünyaya açıq bəyan edirdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Professor Asif Rüstəmli qeyd edib ki, Prezidentin andiçmə mərasimində səsləndirdiyi konkret və sərt bəyanatı, ilk növbədə, Azərbaycan ərazilərini işğal etmiş, millətimizə qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistana və onun havadarlarına ünvanlanmışdı. Əslində bu bəyanat İlham Əliyevin yeni statusda işğalçılara qarşı açıq xəbərdarlıq mesajı idi. Sonuncu cümlə Avropa İttifaqının, ATƏT-in Minsk qrupu həmsədrlərinin tez-tez səsləndirdiyi, istinad etdiyi “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”, “Problem qarşılıqlı güzəştlər şəraitində sülh yolu ilə həll edilməlidir” kimi mahiyyətində, məramında hədə intonasiyası daşıyan, təcavüzkar ilə məsum arasında bərabərlik qoyan, “balanslı” siyasət yolunu seçən ikili standartlar “mafiyasının” ideoloqlarına qarşı yönəlmişdi. Prezidentin ilk andiçmə nitqi, açıq bəyanatı onun ölkə qarşısında həllini gözləyən taleyüklü problemlərin çözümü istiqamətində konstruktiv konsepsiyası, dəqiqliklə ölçülüb-biçilmiş fəaliyyət məramnaməsi idi. Dövlət başçısının fəaliyyət proqramına milli birlik və ordunun döyüş qabiliyyətinin yüksəldilməsi vəzifələri də daxil idi. Onun bu yönümdə inamla söylədiyi ümummilli düşüncələrin öz hədəfləri var idi: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır”.

Professor vurğulayıb ki, xalqımız Prezidentin ilk andiçmə mərasimində vurğuladığı müddəaların son 20 ildə bənd-bənd necə yerinə yetirildiyinin canlı şahididir. O, qazanılacaq uğurların prinsiplərini, təməl müddəalarını da öncədən, uzaqgörənliklə müəyyən etdi və Ulu Öndərin siyasi xəttinə sadiq qaldı. Heydər Əliyev yolu Azərbaycanı qüdrətli dövlətə çevirdi. Heydər Əliyev siyasəti uğurlarımızın, zəfərlərimizin rəhni oldu.

“Prezident İlham Əliyev sözdən, şüardan, ideyalardan gerçəkliyə, reallığa, əmələ doğru uzun bir yol qət etdi. Beynəlxalq və regional təzyiqlərə baxmayaraq, heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı. İndi Laçına, Füzuliyə, Zəngilana və digər rayonlara, işğaldan azad edilmiş kəndlərə “Böyük Qayıdış”ı xalqımız, ölkəmiz böyük sevinc, fərəh hissi ilə izləyir. “Şuşaya bir nəfəs qədər yaxınıq”, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - dedi. Günü-gündən gözəlləşən, müasirləşən qədim Şuşa şəhəri mədəniyyət paytaxtı seçilib, beynəlxalq tədbirlərin mərkəzinə, Şuşa Bəyannaməsinin imzalandığı müqəddəs ocağa, “Xarıbülbül” musiqi festivalının, “Vaqif Poeziya Günləri”nin keçirildiyi məkana çevrilib. O, “Qarabağ Azərbaycandır!” - dedi. Qarabağ üzərində Azərbaycanın pozulmuş hüquqlarını, suverenliyini bərpa etdi. Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Prezident İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri şərəflə, ləyaqətlə yerinə yetirdi, “Heydər Əliyev İli”ndə, son 20 il müddətində qarşıya qoyulan bütün mühüm vəzifələri icra etdi. Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına yüksəltdi. Son 20 ili ikiəsrlik tariximizin qiymətli, bənzərsiz üzük qaşına bənzətmək olar... Azərbaycanın böyük Qələbəsini şərtləndirən əsas amillərdən biri Prezident İlham Əliyevin mənəvi keyfiyyəti ilə sıx bağlı məsələdir. Dövlətimizin başçısının verdiyi sözün onun imzası qədər mötəbər olması, sözünün üstündə durmağı bacarması, sözlə əməlinin vəhdəti Zəfərin təntənəsini təmin etdi”, - deyə A.Rüstəmli fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb