Azərbaycan Dövlət İnformasiya Agentliyi

İCTİMAİYYƏTİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

İCTİMAİYYƏTİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Martın 3-də Prezident İlham Əliyev parkla tanışlıqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb səmimi söhbət etmişdir.

Nəbiağalı qəsəbə orta məktəbinin müəllimi QƏRİB MƏMMƏDOV Prezident İlham Əliyevi rayona gəlişi münasibətilə salamlayaraq dedi:

- Cənab Prezident, Samux rayonuna “Xoş gəlmisiniz!” Samux camaatının Sizə böyük inamı var! Biz inanırıq ki, Siz bütün məsələləri - həm siyasi, həm iqtisadi, həm də sosial məsələləri həll edəcəksiniz. Allah qoysa, o gün olsun ki, biz Qarabağı da azad edək, Sizinlə bir yerdə qələbəni bayram edək. Sizə daha böyük uğurlar arzulayıram. Bütün Samux camaatının, ictimaiyyətinin xoş arzularını Sizə çatdırıram.

Mehriban xanım, siz də “Xoş gəlmisiniz!” İcazə verin, sizi qarşıdan gələn 8 Mart qadınlar günü münasibətilə ağsaqqal müəllim kimi ürəkdən təbrik edim.

İLHAM ƏLİYEV: Sağ olun, mən də sizi ürəkdən salamlayırım. Bu gün buraya gəlmişəm ki, görüm işlər necə gedir, uğurlar necədir, hansı məsələlər həll olunmalıdır. Bütövlükdə, Azərbaycanın bütün bölgələrində işlər yaxşı gedir. O cümlədən də Samux rayonunda. Mənə məlumat verildi ki, burada işıq problemi həll olunubdur. Təbii qazın verilməsi məsələsi həll edilir. Yeni kəmər çəkilibdir. İş yerləri açılır,  yeni müəssisələr, zavodlar, fabriklər - bütün bunlar həm rayonu, həm də ki, Azərbaycanı inkişaf etdirir. Bizim regionlarımızda çox böyük potensial, böyük imkanlar var. Biz gərək onlardan maksimum dərəcədə faydalanaq, səmərəli şəkildə istifadə edək. Elə edək ki, insanların həyat səviyyəsi günü-gündən yaxşılaşsın. Samuxda da işlər yaxşı gedir və insanları narahat edən məsələlər gələcəkdə öz həllini tapacaqdır. İndi demək olar ki, ölkəmizdə elektrik enerjisi problemi həll edilib, qazın verilməsi məsələsi həll olunur. Bu vaxta qədər qazlaşdırılmayan rayonlara qaz xətləri çəkilir.

İndi qarşımızda duran əsas vəzifə və məsələ əhalini içməli su ilə təmin etməkdir. Bu problem, demək olar ki, bütün rayonlarda var. O cümlədən Bakıda da var. Bakının tələbatını ödəmək üçün böyük boru kəməri çəkilir. Rayonlarda isə proqram hazırlanır və yəqin ki, yaxın zamanlarda lazımi göstərişlər veriləcəkdir. Biz içməli su, kanalizasiya və meliorasiya məsələlərini həll etsək, demək olar ki, əsas infrastruktur məsələləri öz həllini tapacaqdır. Yollar, elektrik stansiyaları, qaz xətləri - bütün bunlar insanların normal yaşaması üçündür. İş yerləri açılır. Mən bilirəm ki, burada böyük istehsal sahələri yaradılıb və orada işləyən insanlar yaxşı maaş alırlar. İşsizlik, demək olar ki, aradan qaldırılır. Mən bilirəm, işləmək istəyən iş tapar. İndi nə qədər imkanlar var, nə qədər inşaat işləri gedir, nə qədər müəssisələr, fabriklər yaradılıbdır. 600 mindən çox yeni iş yeri yaradılıb və növbəti illərdə işsizlik tamamilə aradan qaldırılacaqdır. İstisna olunmur ki, gələcəkdə xaricdən Azərbaycana işləmək üçün insanlar gələcəklər. Artıq bunun ilkin əlamətlərini biz görürük və artıq var. Mən bu məqsədlə bir müddət bundan əvvəl miqrasiya xidməti yaratdım.

Yəni xaricdən gələn işçi qüvvəsi Azərbaycanda qeydiyyata düşsün və biz bu prosesi tənzimləyək.

Azərbaycanın qarşısında çox gözəl perspektivlər, imkanlar var, ölkəmiz güclənir, möhkəmlənir. Gərək bütün rayonlar, kəndlər inkişaf etsin. Regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət proqramı hər bir kəndin problemini həll edəcəkdir. Yerli icra orqanları da bunu bilir, o proqramda hər bir məsələ öz həllini tapacaq, insanları narahat edən məsələ qalmayacaqdır. Bizim imkanımız var, gücümüz, maliyyə resurslarımız var, büdcəmiz ildən-ilə artır.

Sizə də mən öz səmimi duyğularımı ifadə etmək istəyirəm və ilk dəfədir ki, Samux rayonuna gəlmişəm. İstəyirəm ki, burada hər şey yaxşı olsun, yaxşı yaşayasınız.

QƏRİB MƏMMƏDOV: Çox sağ olun, Siz bizim Prezidentimizsiniz və əbədi Prezidentimiz olacaqsınız. Deputatımız da yaxşı işlər görür.

İLHAM ƏLİYEV: Valeh Ələsgərov yaxşı işləyir. Həm deputatlar, həm də icra nümayəndələri bir komanda kimi işləməlidir. Bu, Azərbaycanda var. Həm deputat öz vəzifə borcunu yerinə yetirməlidir, həm icra hakimiyyəti başçısı, həm də Prezident. Biz hamımız ona görə işləyirik ki, xalqa xidmət edək. Bu, əsas məsələdir. Biz xalq üçün işləməliyik və işləyirik. Bu, böyük bir məsuliyyətdir. Hər bir vəzifəli şəxsin məsuliyyəti bundan ibarətdir. O adamı ki, onu xalq seçib və yaxud xalq tərəfindən seçilmiş Prezident onu təyin edib, o, xalqa xidmət etməlidir. Deputatı siz seçmisiniz, inam göstərmisiniz və mən bilirəm ki, o, rayonda böyük işlər görübdür. İcra hakimiyyətinin başçısını mən təyin etmişəm. Siz mənə bu səlahiyyəti vermisiniz və ondan tələb edirəm ki, yaxşı işləsin. Mənim bildiyimə görə, yaxşı işləyir. İnsanların problemləri ilə məşğul olmalıdır. Ona görə o təyin edilibdir. Bilməlidir ki, hansı problem var, harada çatışmayan məsələ var, ədalətsizlik var, nəyi etmək olar, nəyi yerli orqanlar edə bilər, nəyi dövlət etməlidir. Belə olsa, işlər yaxşı gedəcəkdir. Çünki bizim bütün sahələri əhatə edən proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı var, sənayeləşmə proqramı var. Gəncədə mən dünya miqyaslı zavodların təməlini qoydum. Onlar 2-3 ildən sonra işə düşəcək və minlərlə insan işləyəcək və 100 milyonlarla dollarlıq məhsul ixrac olunacaqdır. Təhsil proqramımız var, bütün rayonlarda, o cümlədən Samux rayonunda məktəblər tikilir. Bəli, həm dövlət xətti ilə, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Heydər Əliyev Fondu bu təşəbbüsü qaldırmışdır. Bir müddət bundan əvvəl biz də bu təşəbbüsə qoşulduq və həm indi dövlət xətti ilə, həm Heydər Əliyev Fondunun xətti ilə işlər görülür.

Burada idmançıları görürəm. İdman sahəsində proqram var, bütün bölgələrdə müasir idman kompleksləri tikilir. Səhiyyə sahəsində proqram var, xəstəxanalar tikilir. Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün böyük proqram qəbul etmişik. Nəqliyyat proqramı var. Bakıdan Gürcüstan, İran və Rusiya sərhədinə qədər yeni avtomobil yolları çəkilir. Eyni zamanda şəhərlərarası yollar çəkilir. Hər bir sahədə bu proqramlar var və onların maddi əsası var. Elə deyil ki, gözəl ideya kimi bəyan etdik və yaxud da şüar kimi qaldı kağızda. Yox. Nəyi yazmışıqsa, onu da edirik. Bunun üçün, əlbəttə ki, dövlət orqanları çalışmalıdır, yerli icra orqanları, fəallar, deputatlar, ağsaqqallar və cavanlar çalışmalıdırlar. Bax, bu yolla ölkəmiz irəli getməlidir və belə də gedəcəkdir.

Bu gün Azərbaycan bölgədə ən qabaqcıl ölkədir. Bunu biz də bilirik, beynəlxalq qurumlar və başqa ölkələr də etiraf edirlər. Nəyin hesabına buna nail olmuşuq? Öz gücümüzün hesabına. Kim bizə kömək edir? Başqa keçmiş sovet respublikalarından fərqli olaraq, müstəqilliyimizin ilk illərindən biz heç kimdən ciddi yardım almamışıq. Bizim qonşularımıza daha çox yardım etmişlər, nəinki bizə. İndi də belədir. Bunun səbəbləri var. İstəmirəm bu barədə danışım, hamı bilir nə üçün. Amma bizə heç lazım da deyil. Lazım gələndə, biz özümüz kiməsə kömək edə bilərik və edirik. Biz ancaq öz gücümüzə, Azərbaycan xalqının iradəsinə, dövlət siyasətinə, müstəqilliyimizə və müstəqillik hüquqlarımıza istinad etməliyik. Biz müstəqil xalq kimi, dövlət kimi inkişaf edirik və dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bir il yox, dörd il ərzində! Dörd ildə iqtisadiyyat iki dəfə artıb. Heç bir yerdə bu yoxdur və tarixdə də olmayıbdır. Bu, reallıqdır. İqtisadi islahatlar, siyasi islahatlar, sosial məsələlərin həlli artıq elə həddə çatıbdır ki, indi onlar görülübdür. Siyasəti başlayanda, hansısa iqtisadi proqramı başlayanda, bir müddət lazımdır ki, o işlər görülsün. Bu gün şəhərlərin abadlaşmasında, qaz xətlərinin çəkilməsində, məktəblərin tikintisində bunu görürük. Elə etməliyik ki, bu yüksək sürət azalmasın, bu sürətlə irəliyə gedək və insanları narahat edən bütün problemləri həll edək. Bu işdə hamımız birlikdə olmalıyıq, bir nöqtəyə vurmalıyıq və belə də olacaqdır.

VİLYAM HACIYEV (rayon icra hakimiyyətinin başçısı):

- Cənab Prezident, çox sağ olun! Öz minnətdarlığımızı bildiririk. İcazə verin, samuxlular sizinlə xatirə şəkli çəkdirsinlər.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

 
######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib