HEYDƏR ƏLİYEV PROSPEKTİ ABADLAŞDIRILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son illər Şərur şəhərində xeyli abadlıq və yaşıllaşdırma işləri aparılmış, yaraşıqlı binalar inşa edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospekt genişləndirilmiş, yol boyu park və xiyabanlar salınmışdır. Yaxın günlərdə prospektdə ulu rəhbərimizin mərmərdən xatirə lövhəsi qoyulacaqdır.