Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heviz – Macarıstanın mavi mirvarisi

Bakı, 20 oktyabr, AZƏRTAC

Heviz Macarıstanın ən məşhur kurort şəhərlərindən biridir. Onu əhatə edən meşələr, şəhərin memarlıq abidələri və təbiət möcüzələri müxtəlif ölkələrdən minlərlə turisti bura cəlb edir. Hevizin əsas görməli yeri eyni adlı termal göldür. O, dünyanın ən böyük bioloji aktiv təbii müalicəvi gölüdür. Hətta qışda belə göldə temperatur 24 dərəcədən aşağı düşmür, bu da il boyu su prosedurlarına şərait yaradır. Kurort müalicəsinin əksər hallarında olduğu kimi, sabit effekt əldə etmək üçün Heviz gölündə ən azı iki həftə olmaq lazımdır. Amma bu gözəl şəhəri və onun qonaqpərvər sakinlərini sevmək üçün bizə iki gün də kifayət etdi.

Yol qayğıları: uçuş, transfer və mehmanxana

Bu ilin əvvəlində “Wizz Air” aviaşirkəti Azərbaycana uçuşları bərpa edəndən bəri, digər turistlər kimi, bizə də Avropaya səyahət üçün geniş imkanlar açılıb. Hava nəqliyyatı sahəsində aparıcı nəşr olan “Air Transport World” jurnalı tərəfindən 2016-cı ildə “Wizz Air”in “İlin büdcə aviaşirkəti” elan edilməsi təsadüfi deyil. Bakıdan Budapeştə təyyarə biletinin qiyməti cəmi 49,99 avrodur, uçuşlar həftədə iki dəfə - çərşənbə günü gecəsindən cümə axşamı gününə, bazar günündən bazar ertəsinə həyata keçirilir və 3,5 saat davam edir. Bundan sonrası sizlikdir, özünüz qərar verin: Budapeştdə qalmaq, Macarıstanın digər regionlarını görmək və ya “Wizz Air”in təklif etdiyi 420 marşrutdan biri ilə uçuşu davam etdirmək.

Ötən dəfə Budapeştdən tranzit keçidlə Frankfurtdan Bakıya qayıdarkən, bu gözəl şəhərdə qalmaq imkanından tam yararlandıq (ətraflı “Budapeştdə iki gün” reportajında http://azertag.az/xeber/987855 ). Bu dəfə Macarıstanla tanışlığı davam etdirmək qərarına gəldik, qonşu Avstriya və Lixtenşteynə planlaşdırılan səfərdən əvvəl Hevizə yollandıq.

Budapeştdən kurort şəhəri Hevizə məsafə 192 kilometrdir, yaxud avtomobillə təxminən 2,5 saatlıq yoldur. Hələ səfərdən əvvəl Budapeşt hava limanından Hevizə transfer imkanını öyrəndik. “BusExpress” nəqliyyat şirkətinin təklifi bizə daha məqsədəuyğun göründü. Şirkət neçə illərdir sərnişindaşıma ilə məşğul olur, insanları aeroport, otel və vağzallardan Budapeşt, Qrats və Vyanaya, habelə Heviz şəhəri, Balaton gölü və ətraf yerlərə çatdırır. Şirkətin saytında transfer sifarişi verdik, təyinat nöqtəsini, reysin nömrəsini, təyyarəmizin gəliş vaxtını və digər məlumatları qeyd etdik, bundan sonra təsdiq cavabı aldıq. Təklif olunan qrup, fərdi və VİP transfer növlərindən iki nəfərə 119 avro qiymətində fərd növünü seçdik. Söz düşmüşkən, qrup halında transfer iki nəfərə 89 avroya, VIP isə 160 avroya başa gəlirdi. Bütün hallarda transfer “qapıdan-qapıya” həyata keçirilir.

Təyin edilən vaxtda Budapeşt hava limanında bizi “BusExpress”in uniformalı sürücü qarşıladı, əlində adlarımız yazılmış lövhə vardı. Budapeştdən Hevizə sürətli şose salınıb və yola sərf edilən vaxt hiss olunmadan keçdi. Otelin qapısında sürücü ilə vidalaşıb otağımıza yollandıq. Göldən cəmi beş dəqiqəlik yolda, mənzərəli məkanda yerləşən dördulduzlu “Danubius Health Spa Resort Aqua” oteli bizdə xoş təəssürat yaratdı. Hər şeyi xoşumuza gəldi: geniş, yaxşı döşənmiş otaq, zəngin nahar yeməkləri, bir neçə açıq və qapalı hovuzu, o cümlədən Heviz ənənəvi müalicəvi-sağlamlaşdırıcı prosedurlarını yoxlamaq imkanı olan termal hovuz.

Aydınlaşdırmaq istədiyimiz əsas məsələ bu idi: insanları Hevizə - isti termal sulu təbii gölə çəkib gətirən nədir? Biz gölü mümkün qədər tez görmək istəyirdik. Az sonra Heviz informasiya-turizm mərkəzindən olan bələdçimiz Aleksandr Naqi ilə birlikdə artıq göl ərazisinin əsas girişində dayanmışdıq.

Həyatın axarı, suzanbağı və müalicəvi təsir

Gölə gedən yolda bələdçimiz bizə xeyli maraqlı məlumat verdi: 4,4 hektar ərazisi olan gölün mənbələri 38 metr dərinlikdə yerləşən yüksək mineral tərkibli hidrokarbonat sulardır. Səthə saniyədə 410 litr su çıxır. Bunun sayəsində göldə su 72 saat müddətində tamamilə təzələnir. Göldə temperatur 7 mənbənin suyunun qarışmasından formalaşır. Bu mənbələrdən ikisi isti, beşi soyuq suludur və havadan asılı olaraq temperaturları 24-dən 38 dərəcəyədək dəyişir. Odur ki, göldə bütün il boyu çimmək olar. Gölün suyu adamı sakitləşdirir və təravətləndirir, onun rəvan və davamlı axını bədəni yüngül masaj edərək orqanizmə faydalı təsir göstərir.

Heviz gölü ərazisinə girişin qiyməti 2 saat üçün 6 avrodur. Bütün gün üçün bir bilet isə 15 avroya başa gəlir. Paltarımızı dəyişərək girişdə verilən xilasedici halqanı özümüzlə götürüb hovuza gedirik. Qarşımızda heyrətamiz mənzərə açılır: yüzlərlə turistlə dolu, günəş şüaları altında bərq vuran göl suları. Heç kim üzmür, adamlar xilasedici halqalara dayaqlanaraq isti suda xumarlanırlar. Suya girib burada nə olduğunu hiss edirik. Demə, gölün dibində daim qaynayan bulaqlar yetərincə hiss olunan axın yaradır, bunun sayəsində insanlar göl səthində axınla yavaş-yavaş üzürlər. Beləliklə, suyun axarına müqavimət göstərmədikdə, o, sizi tədricən əks sahilə aparıb çıxaracaq.

İstirahət edənlərin çoxluğuna baxmayaraq, Heviz canlı aləmi olan göldür. Xüsusi mikroiqlimi, eləcə də suyun spesifik kimyəvi tərkibi və temperaturu sayəsində onun dünyada nadir rast gəlinən canlı aləmi var. Gözə ilk dəyən çəhrayı, ağ, bənövşəyi suzanbağıdır. Onları dərmək qadağandır. Lakin ətriyyatda tez-tez istifadə olunan bu çiçəklərin bənzərsiz ətrini duymaq üçün onların lap yanına üzmək olar. Bitkilərlə yanaşı, göldə kiçik balıqlar da yaşayır. Onlar göldə çimənlərə qətiyyən mane olmur. İlin soyuq vaxtlarında isə donmayan gölə ördək və qu quşları uçub gəlir.

Heviz gölünün dərinliyi bəzi yerlərdə 38,5 metrə çatır. Lakin göl ərazisinin üçdə iki hissəsində dərinlik metryarımdan iki metrə qədərdir. Sahilin yaxınlığında ayaqları gölün dibindəki torflu palçığa qoyaraq dik dayanmaq olar.

Göl onu xarici təsirlərdən - külək, toz və səs-küydən qoruyan və ətrafında unikal mikroiqlim yaradan gözəl meşə ilə əhatə olunub. Qışda, erkən yazda, habelə soyuq payız günlərində səhərlər gölün səthi suyu soyumağa qoymayan xəfif buxar qatı ilə örtülür.

Burada çimməyin müalicəvi əhəmiyyətinə gəlincə, termal suyun xüsusi tərkibi və yataqdakı torf palçıq təbəqəsi sayəsində Hevizdə proseduralar həm şəfa tapmaq, həm də xəstəliklərin geniş dairəsinin profilaktikası üçün eyni dərəcədə faydalıdır. Heviz kurortu əsasən revmatizm, osteoporoz, oynaq və bel sütununun degenerativ xəstəliklərinin, Bexterev xəstəliyinin, oynaqların xroniki iltihabı və digər xəstəliklərin müalicəsi üçün məsləhət görülür. Müalicə əhval-ruhiyyəni ani surətdə yaxşılaşdırmaqla yanaşı, həm də ağrıları uzun müddətə sakitləşdirir. Həkim tövsiyəsi olmadan suda 30 dəqiqədən çox qalmaq olmaz. Müalicəvi çimməkdən başqa, xroniki qastrit və mədə turşuluğu çatışmazlığı olmadıqda sudan içmək də tövsiyə edilir. Tərkibində kükürd olan mineral bulaqlara həm göl klinikasının ərazisində, həm də şəhərin mərkəzində, kitabxananın girişində rast gəlinir.

Heviz isti gölündə istirahət etməkdən doyaraq su prosedurlarını tamamlayır və şəhəri seyr etməyə yollanırıq.

Roma keçmişi və sualtı ekstenziya

Heviz qədim tarixə malik şəhərdir. İnsanlar burada hələ Roma imperiyası dövründə yaşayıblar. Buna hər addımda sübut tapmaq olar. Məsələn, şəhərdə Roma əsgərinin məzarı qalmaqdadır. Məzar 1925-ci ildə aparılan qazıntı işləri zamanı bütöv halda aşkarlanıb. Tağlı qübbəsi olan dəfn yeri Roma imperatoru II Konstantinin dövrünə aiddir.

Elə burada, yaxınlıqda Qədim Roma arxeoloji parkı yerləşir. Təxminən min kvadratmetrlik sahədə Roma imperiyasının regiondakı ən mühüm yaşayış məntəqələrinin birinin xarabalıqlarını görmək olar. Qazıntılar zamanı arxeoloqlar, həmçinin tirlərdən tikilmiş evlərin və Daş dövrünə aid tikililərin qalıqlarını tapıblar. Onlar müəyyən ediblər ki, tikililər I və V əsrlərdə dəfələrlə yenidən qurulub. İlk Daş dövrü mərhələsində soyuq, isti və qaynar sulu hovuzlarla təchiz edilmiş hamam bərpa edilib.

Arxeoloji parkın yanında Eqred Muzeyi yerləşir. Onun kolleksiyası ilə tanışlıqdan zövq aldıq. Burada müasir vasitələrlə ta qədim zamanlardan orta əsrlərədək şəhərin tarixi təqdim edilir. “Hevizin minilliyi” adlanan daimi ekspozisiyada bərpa edilmiş mozaikalar, məişət və bəzək əşyaları, əmək alətləri və müxtəlif dövrlərə aid digər atributları görmək olar. Sərgi ilə tanışlıqdan sonra muzeyin qarşısında, gözəl parkdakı köşklərdə istirahət etmək insana xoş təsir bağışlayır.

Kurort şəhəri və gölün mənşəyi haqqında çoxlu əfsanələr var. Ən məşhur rəvayət Roma imperatoru Flavi ilə bağlıdır. Deyilənə görə, uşaq vaxtı iflicdən əziyyət çəkən Flavini bu gölün suları sağaldıb. Eqred Muzeyi yaxınlığındakı parkda qoyulmuş heykəltəraşlıq kompozisiyası həmin rəvayəti əks etdirir.

Şəhərin hazırkı adı ilk dəfə 1328-ci ilə aid fərmanda xatırlanır, kurort şəhəri kimi isə XVIII əsrdə qraf Dyerd Feştetiçin sayəsində tanınıb. 1795-ci ildə qraf gölün sahilində ilk taxta binalar tikdirib. Onlardan soyunub-geyinmə otaqları kimi istifadə olunub. Gölün ekoloji sisteminin mühüm hissəsi onu əhatə edən meşə zolağıdır. Meşənin yeri XIX əsrə qədər qamışlıq və bataqlıq sahildən ibarət idi. Feştetiç ailəsi burada qızılağac, albalı və digər ağac növləri əkib. Ancaq bu gün buradakı ağacların ən nadir növü bataqlıq sərvidir. Digər iynəyarpaqlılardan fərqli olaraq, bu sərv ağacları payız fəslində şəhərə gedən avtomobil yolunu narıncı-bürünc rənginə boyayır.

İki min illik tarixinə baxmayaraq, Heviz rəsmi şəhər statusunu yalnız 1992-ci ildə alıb. Bu hadisə ilə əlaqədar bələdiyyə meydanında sağ əlində Hevizə şəhər statusu verilməsi barədə fərmanı tutan qadın heykəli ucaldılıb. Əslində, Hevizdə gəzinti zamanı tez-tez bu və ya digər mühüm hadisələrə və ya şəhərin tarixində mühüm rol oynamış şəxsiyyətlərə həsr olunan heykəllərlə qarşılaşırsan.

Kiçik meydanda doktor Karoy Mollun bürünc heykəlini görmək olar. Bu, dünya şöhrətli hevizli həkim ilk dəfə Hevizin rəmzi olan sualtı ekstenziya prosedurunu tətbiq edib. Bu prosedur fəqərəarası disklərin degenerativ xəstəliklərinin müalicəsinə yönəlib. Xəstə həkim nəzarəti altında hovuzda çənə-boyun, yaxud qoltuq hissəsindən asılır, bu zaman kəmərlə bel və ya baldırlara 2-20 kiloqram çəkisi olan əşya bağlanılır. Prosedurun məqsədi su “sığortası” ilə fəqərə dirəyini bor növ dartmaq, onu yumşaltmaq, fəqərəarası diskləri yerinə qaytarmaq və bel sütunu strukturunu bərpa etməkdir. Hazırda bu prosedur Hevizin bir çox otellərində tətbiq olunur.

Hevizdə olarkən mütləq fermer bazarına baş çəkin. Burada ekoloji cəhətdən təmiz ərzaq məhsulları, saxsı qablar, məişət əşyaları və suvenirlər almaq olar.

Heviz gəzintisini “Eqred qrinsiqi” kimi tanınan “şərab təpəsi”ndə tamamlamağı qərara aldıq. Biz buraya Dombfeldi küçəsindən başlayan yoxuşla gəlib çıxdıq. Yolun hər iki tərəfində üzüm plantasiyaları uzanır və ətraf təpələrə heyrətamiz mənzərə açılır. Çoxsaylı restoranlar isə ənənəvi Macarıstan mətbəxi yeməklərini dadmağa dəvət edir. Biz isə otelimizin yaxınlığında yerləşən “Madyar Çarda” restoranına yollandıq. Bu restoran rəssamlar, aktyorlar və musiqiçilərin toplaşdığı məkan kimi tanınır. Axşamlar qonaqlar qaraçı ansamblı və xalq musiqisi ilə əylənirlər. Salat və qarnirli çay balığından dadaraq otelə qayıtdıq.

Səhər Macarıstanın digər məşhur kurortuna - Balaton gölünə getməli idik. Amma bu başqa bir hekayətdir...

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz