HƏRBİ ÇAĞIRIŞ KAMPANİYASI BAŞA ÇATMIŞDIR
Ağdaşda gənclərin hərbi xidmətə növbəti çağırış kampaniyası müvəffəqiyyətlə keçmişdir. Rayonun hərbi komissarı Nəriman Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, çağırış planı 100 faiz yerinə yetirilmişdir. Yolasalma mərasimləri valideynlərin, ağsaqqalların və rayon fəallarının iştirakı ilə keçmişdir. Çağırışçıların yarısı birbaşa hərbi hissələrə göndərilmişdir.