Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər bir dərdin dərmanı çay...

Lənkəran, 14 mart, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanda çayçılıq ötən əsrin 30-cu illərində Lənkəran-Astara bölgəsində inkişaf etməyə başlayıb.

Özünün xoş ətri, tamı və başqa xassələri ilə uzun müddətdən bəri insanların sevgisini qazanan çay hazırda Azərbaycanda ən çox istifadə edilən içkidir, mahnıda deyildiyi kimi, hər bir dərdin dərmanıdır:

“Kimin ağrıyır canı,

Qoy çay içsin mərcanı,

Hər bir dərdin dərmanı

Çay, çay...”

Bəs iqtisadiyyatımızda və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan çayçılığın hazırkı durumu necədir?

Yazıda Lənkəran rayonunun timsalında cənub bölgəsində çayçılığın perspektivləri ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açmaqla, bu suala cavab tapmağa çalışacam.

Qafqaz Çay Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev bildirib ki, 1970-1980-ci illərdə ölkəmizdə çayçılığın ixtisaslaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Astara, Masallı və Lənkəran rayonlarında çay plantasiyaları genişləndirilərək 13,4 min hektara çatdırılıb.

Həmin illərdə təkcə Lənkəranda 7 min hektar çay sahəsi mövcud idi. Bunun 3709 hektarı məhsuldar, 3291 hektarı isə yeni çay sahələri olub. O dövrdə rayonda yaşıl çay yarpağı istehsalı artaraq ildə 17 min tonu ötmüşdü. Həmin illərdə Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Lənkəranda “Xanbulançay”, Astarada “Lovain”, Masallıda isə “Viləşçay” kimi nəhəng dəryaçalar tikilib istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq son illər Lənkəranda çayçılığın inkişafı istiqamətində müəyyən işlər görülüb, mövcud çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması sahəsində yeni uğurlar əldə edilib. Hazırda rayonda 530 hektar çay sahəsi mövcuddur. Bunun 214 hektarı məhsuldar sahələrdir. Bu sahələrdən 135 tonadək yaşıl çay yarpağı yığılır.

Çayçılığın daha da inkişaf etdirilməsi üçün rayonda çay tingçilik təsərrüfatları fəaliyyət göstərir. Onlardan “İlyas-Çay” müəssisəsində 350 minədək və fiziki şəxs olan Elşad Yaqubovun şəxsi təsərrüfatında isə 200 minədək çay tingi yetişdirilir.

Bu yerdə qeyd edim ki, professor Fərman Quliyevin rəhbərliyi altında Lənkəranda 14 hektar çay plantasiyasında becərilən və “Fərmançay” adı ilə istehsal olunan, ekoloji cəhətdən təmiz çay dünya şöhrəti qazanıb. “Fərmançay” Madriddə keçirilən beynəlxalq müsabiqədə üç dəfə qızıl medal alıb, 2009-cu ildə isə Moskvada keçirilən “Keyfiyyət və texnologiya” müsabiqəsində qızıl sertifikata layiq görülüb.

Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanan sahibkar Araz Yaqubov isə Lənkəran rayonunun İstisu qəsəbəsində Azərbaycan çayının yenidən bərpa olunması və daha da inkişaf etdirilməsi məqsədilə “ Yaşıl çay” fermer təsərrüfatını yaradıb. İndiyədək “Yaşıl çay” fermer təsərrüfatı 61 hektarda çay plantasiyası salıb. Gələcəkdə bu rəqəmin 135 hektara çatdırılması nəzərdə tutulub.

A.Yaqubov bildirib ki, son illər Lənkəran rayonunda çayçılıq sahəsi dirçəliş dövrünü yaşayır. Bizim “Yaşıl çay” fermer təsərrüfatı ilə yanaşı, Tələt Məmmədovun rəhbərlik etdiyi “Astara bağları” adlı müəssisə də rayonun Havzava, İstisu, Girdəni kəndlərində indiyədək 190 hektar sahədə çay əkini keçirib. Müəssisənin kollektivi cari ildə də yeni əkin sahələri yaratmağı planlaşdırırlar. Bundan əlavə, Vilvan və digər kəndlərdə də yeni plantasiyaların salınması nəzərdə tutulub.

“Müxtəlif növ əkin üçün şəxsi vəsaitimiz hesabına traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıq, istər heyvandarlıq, istərsə də taxılçılığın inkişaf etdirilməsində həmin mexanizmlərdən səmərəli surətdə istifadə edirik. Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin müddətinin uzadılması barədə qəbul olunan qanun fəaliyyət dairəmizi genişləndirmək üçün geniş imkanlar açıb. Yalnız bu güzəştin hesabına dövlət büdcəsinə ödənilməli olan vəsait fermerlərin sərəncamında qalaraq istehsalın genişlənməsinə sərf edilib. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatında məhsul istehsalçılarına hər il bir hektar əkin sahəsinə görə MDB məkanında ən yüksək məbləğdə - 70 ABŞ dolları məbləğində subsidiyaların ödənilməsi aqrar bölmənin inkişafına böyük təkan verib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda aqrar bölmənin inkişafı dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır” - deyə A.Yaqubov vurğulayıb.

Həmsöhbətim onu da diqqətə çatdırıb ki, rəhbərlik etdiyi çayçılıq təsərrüfatı nəzdində illik istehsal gücü 500 ton olan mini çay emalı müəssisəsinin tikintisi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb.

Buradan da belə qənaətə gəlmək olar ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizdə, o cümlədən cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini qaytarmağa və minlərlə yeni iş yerinin açılmasına imkan verəcək, yaşıl çay yarpağı istehsalının və emalının artmasına səbəb olacaq.

Bağır Əliyev

AZƏRTAC-ın cənub bölgəsi üzrə müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb