HƏMAS HƏRƏKATINI İSVEÇRƏ DƏ DƏSTƏKLƏDİ
O, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində demişdir: “Fələstinin yeni hökumətindən qabaqcadan irəli sürülən hər cür şərtləri yerinə yetirməyi tələb etməkdənsə, ona imkan vermək lazımdır”.
Loyenberger vurğulamışdır ki, HƏMAS hərəkatı Fələstin Muxtariyyətində demokratik seçkilər nəticəsində hakimiyyətə gəlmişdir və ona görə də Fələstin xalqının seçiminə və bu seçkilərin nəticələrinə hörmət etmək lazımdır.
İsveçrə rəhbəri bildirmişdir ki, indiki şəraitdə HƏMAS liderləri müxalifətdə olduqları dövrdəki kimi fəaliyyət göstərməməlidirlər. Prezident nəzərə çarpdırmışdır ki, İsveçrə hökumətinin Fələstin hökumətinin nümayəndələri ilə görüşlərinə qarşı heç bir etirazı yoxdur.
Həm də neft naziri olan İsveçrə Prezidenti Qətərin paytaxtı Dohədə keçirilən 10-cu Ümumdünya energetika forumunda iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]